"Qarabağ"ın üzvlərinin komandası qalib gəldi - VİDEO

29.03.2022 10:50 679
Dünya futbolu
"Qarabağ"ın futbolçuları Patrik Andrade ilə Leandro Andradenin formasını geyindiyi Kabo-Verde yığması növbəti yoldaşlıq oyunu keçirib.

Adıçəkilən komanda doğma meydanda San Marino ilə qarşılaşıb. Görüş afrikalıların xeyrinə başa çatıb - 2:0.

​Leandro Andrade də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Patrikin adı isə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.