Avropa Liqasının 3-cü turunun “Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Football-plus.az oktyabrın 6-da keçiriləcək matçı bosniya və herseqovinalı ədalət təmsilçiləri idarə edəcək.
Pireydə keçiriləcək qarşılaşmanın baş hakimi İrfan Peljto olacaq. Ona Davor Beljo və Damir Laziç kömək edəcək. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.
Qeyd edək ki, “Olimpiakos” - “Qarabağ” matçı saat 23.00-da başlayacaq.