• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - TƏHLİL

Yığma / Yazarlar

25-09-2022, 19:0

Azərbaycan millisi üçün daha bir macəra başa çatmaq üzrədi.

Yığma sabah Qazaxıstanla qarşılaşacaq. Bununla da Millətlər Liqasının C liqasının 3-cü qrupunda mübarizəni yekunlaşdıracağıq. Bu qarşılaşma qazaxlar üçün önəmli deyil. Lakin milli komandamız mütləq qələbə qazanmalıdı. Qələbə nə üçün bu qədər önəmlidi? Bu yazıda qazaxları məğlub etməyimizin əhəmiyyətini diqqətinizə çatdıracağıq.

Azərbaycan futbolu tarixində ilk yaşana bilər

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində AÇ-2024-ün püşkatma mərasimi təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 14.00-da start götürəcək. Millətlər Liqasının görüşləri səbətlərin formalaşmasına şərait yaradır. 1-ci səbətdə 6 komanda yer alacaq. Almaniya Millətlər Liqası turnirində öz qrupunda lider olarsa, bu səbətdə 7 komanda qərarlaşacaq.
1-ci səbətdə 5-10-cu (11) sıradakı komandalar yer alacaq
2-ci səbətdə 11 (12) - 21-ci sıradakı komandalar yer alacaq.
3-cü səbətdə 22-31-ci sıradakı komandalar yer alacaq.
4-cü səbətdə, Rusiya iştirak edərsə (* o vaxta kimi UEFA qadağanı götürərsə - İ.S.), şimal qonşularımız və 33-41-ci sıradakı komandalar yer alacaq. Yox, diskvalifikasiya götürülməsə və AÇ-2024-ün seçmə mərhələsinə buraxılmasalar, o zaman 33-42-ci sıradakı komandalar yer alacaq.

5-ci səbətdə 42-51-ci sıradakı komandalar yer alacaq. Rusiyanın cəzası qalsa, 43-52-ci sıradakı komandalar yer alacaq.
6-cı səbətdə 52-55-ci sıradakı 4 komanda yer alacaq. Rusiyanın cəzası qalsa, 53-55-ci sıradakı komandalar yer alacaq.
Azərbaycan millisi 4-cü və ya 5-ci səbətdə yer alacaq. 4-cü səbətdə olmaq üçün yığmamız çıxış etdiyi C liqasının 3-cü qrupunda ilk iki pillədə qərarlaşmalı və ya ən pis halda 3-cü olanlar arasında ən yaxşı nəticəyə sahib olmalıdı. Rusiyanın diskvalifikasiya olması halında isə üçüncülər arasında ən yaxşı 2-ci olması da yetərli olacaq. Loru dildə izah etsək, qrupda 2-ci olmağımız vacibdi. Çünki bunu bacaracağımız təqdirdə müstəqillik tariximizdə ilk dəfə Avropa çempionatının seçmə mərhələsində 4-cü səbətdə yer alacağıq.

FIFA reytinqində mövqeyimiz dəyişəcək
Slovakiya üzərində qələbə yığmamızın FİFA reytinqinə də təsir edəcək. Belə ki, qələbə 6 pillə irəliləməyimizə səbəb olacaq. Son açıqlanan sıralamada 1127,16 əmsalla 129-cu pillədə yer almışdıq. Komandamızın səfərdə slovakları məğlub etməsinə görə hesabımıza 11,53 əmsal əlavə olunacaq. Bunun sayəsində 6 pillə irəliləyərək 123-cü sıraya yüksələcəyik. Artıq Zimbabve, Qambiya, Farer adaları, Toqo və Komor adaları kimi ölkələri qabaqlayacağımızı deyə bilərik. Maraq üçün qeyd edək ki, Slovakiya da məğlubiyyətə görə 11,53 əmsal itirərək 51-ci sıradan 53-ə düşəcək. Qazaxıstan üzərində qazanacağımız qələbə FIFA reytinqində daha 1 pillə irəliləməyimizə səbəb olacaq. Qələbə Azərbaycanın əmsalının 8,01 artıracaq. Bunun sayəsində ümumi göstəricimiz 1146,70 olacaq. Belə olan halda ölkəmiz 122-ci sıraya yüksələcək. Beləliklə, Qazaxıstan üzərində də qələbə qazanmağımız gələn ay üçün FİFA reytinqində 7 pillə irəliləməyimizi şərtləndirəcək.

Avropa çempionatında oynamaq şansı
Yarımsərlövhəyə bəlkə də gülürsüz. Amma bu həqiqətdi. Komandamız Qazaxıstana qalib gəlsə, bu turnirdə oynamaq şansı qazana bilər. Hazırda Millətlər Liqasının C liqasının qruplarında Türkiyə, Yunanıstan və Qazaxıstan liderliyi təmin edib. 4-cü komanda isə çox böyük ehtimalla Gürcüstan olacaq. Bunlardan hansısa biri və ya ikisi Avropa çempionatının seçmə mərhələsində ən azı qrup ikincisi olarsa, onda Azərbaycan onların əvəzinə ML-in pley-offunda iştirak edə bilər. Bu necə mümkündü? Hazırda yığmamızın hesabında 7 xal var. Qazaxıstanı məğlub etsək, 10 olacaq. Hazırda C liqasında qrup ikinciləri arasında 3-cü pillədə qərarlaşmışıq (Gürcüstan - Şimali Makedoniya oyununa görə vəziyyət dəyişə bilər). 4 komandanın hamısının qarşıda 1 oyunu var. Luksemburq 1-ci qrupda 8 xal toplayıb. “Cırtdan” növbəti turda Estoniya ilə qarşılaşacaq. 2-ci qrupda Kosovonun hesabında 6 xal var. Onlar son qarşılaşmada Cənubi Kipri qonaq edəcək. 3-cü qrupda Azərbaycan millisi 7 xal toplayıb. 4-cü qrupda isə Şimali Makedoniyanın hesabında 7 xal var. Onlar növbəti tur “doğma divarlar” arasında Bolqarıstanla münasibətləri aydınlaşdıracaq. Biz Qazaxıstanı məğlub etsək, burdakı komandalar isə büdrəsə, C liqasının beşincisi olacağıq. Belə olan təqdirdə Qazaxıstan, Türkiyə, Yunanıstan və Gürcüstandan hansısa biri AÇ-nin seçmə mərhələsində qrup ikinci olsa, Azərbaycan avtomatik Millətlər Liqasının pley-offunda həmin komandanı əvəzləyəcək. İstənilən halda Türkiyə və Yunanıstanın qrup ikincisi olmaq şansı var. Xallar bərabər olacağı təqdirdə komandaların əvvəlcə top fərqi, daha sonra isə vurduğu qollar nəzərə alınacaq.
Yekun olaraq qeyd edək ki, qazaxları məğlub etmək milli komandamıza hava-su kimi lazımdı. Bakıda qrupda uduzmayan rəqibə sərt sillə vurmaq Canni de Byazinin yetirmələrinin mənəvi borcudu.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma

11-03-2022, 19:0

Millimiz Portuqaliya və Fransa ilə eyni səbətdə

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə