• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Vriz dünya çempionatında debütündən danışdı

İdman

16-09-2022, 22:0

“Formula-1” üzrə dünya çempionatının İtaliya mərhələsi Nik de Vrizin debütü ilə əlamətdar oldu.

“Uilyams”ın pilotu Aleks Albon əməliyyat olunduğundan komanda sükanı niderlandlı pilota tapşırdı. O isə debüt yarışında özünü yaxşı göstərdi: finişə 9-cu çatmaqla xal qazandı, eləcə də “günün pilotu” sayıldı.

- Azərkeşlər məhz səni “günün pilotu” seçdi. Özü də “Formula-1”də debüt etdiyin və xal qazandığın mərhələdən sonra. Hansı emosiyaları yaşayırsan?
- Bu əsl imtiyazdı! Belə debütü yalnız arzulamaq olardı! Son 24 saat mənim üçün qarışıq keçdi, yaşananları dərk etməkdə çətinlik çəkirdim. Əsəb gərginliyi var idi, bu üzdən çox pis yatdım, beynimdə müxtəlif fikirlər dolaşırdı. Səhər özümü yemək masasına oturmağa çətinliklə məcbur etdim. Ancaq yarış saatı yaxınlaşdıqca start xəttinə çıxmaq həvəsim artırdı. Belə imkan qazandığıma görə minnətdaram və ona da da sevinirəm ki, komanda ilə birgə bu imkandan doğru yararlandım.

- Belə görünür ki, start ərəfəsində maşınında əyləc tüstülədi, nə problem var idi?
- Düşünürəm ki, maşını start xəttinə aparanda əyləc sistümini bir qədər gücə saldım.

- Startdan finişə qədər trassda gözəl mübarizə apardın. Hər şeyin uğurlu olduğunu hiss edirdinmi?
- Əlbəttə. Bəxtimizin gətirdiyini də anlayıram – bəzi pilotlar cərimələndi, bəziləri yarışdan çəkildi. Ancaq bütün bu imkanlardan tam yararlanmaq və xal qazanmağa çalışmaq vacib idi. Heç kim bu nəticəni əlimizdən almayacaq, mən yalnız qürur duyuram.

- Təbii ki, sükan arxasında oturmağa tam hazır deyildin, Albonu əvəzləməli oldun. Bu mənada çətinlik çəkmədin?
- Bəxtim onda gətirdi ki, Montsa trassında fiziki yüklənmə yüksək həddə deyil. Etiraf etməyə hazıram ki, fiziki hazırlığım yetərincə yaxşı deyil. Simulyatorda işləyirəm, dözümlülük yarışlarına qatılıram, bir sözlə, müxtəlif imkanlardan maksimum yararlanmağa çalışıram. Təhlükəsizlil maşını trassa daxil olanda bir qədər rahatlaşdım və həmin an əlimin keyidiyini hiss etdim. Əlimi tərpədə bilmirdim. Ancaq tədricən bərpa olunuram.
- Razılaş ki, ən yaxşı məşq yarışlarda iştirakdı.
- Tam doğrudu.

- Ehtimal var ki, Sinqapur mərhələsində də “Uilyams”ın maşınına oturasan? Aleksin əməliyyatdan sonrakı bərpa dövrü nə qədər davam edəcək? Axı Sinqapur mərhələsi daha çətindi...
- Xatırlatdığınıza görə sağ olun, ancaq mən tibbi məsələlərdə mütəxəssis deyiləm. İndi sadəcə, Montsada xal qazandığıma görə çox şadam və bu anın həzzini yaşamaq istəyirəm.

- Karyeranın davamı ilə bağlı hansısa danışıqlar gedirmi?
- Yox. Bütün bunlar məndən asılı deyil. Aydındı ki, komandanın heyəti ilə bağlı qərarlara heç bir təsirim yoxdu. Ancaq bir daha təkrar edirəm? əlimə düşən imkandan yararlandığıma görə sevinirəm. İş elə gətirdi ki, atam da Monakoda idi, kimdənsə xahiş edərək maşın götürmüş və Montsaya gəlmişdi. Yarış günü, səhər saatlarında görüşsək də, danışmadıq, ona görə ki, ikimiz də ağlaya bilərdik. Sadəcə, qucaqlaşdıq, yarış ərəfəsində isə start meydançasına gəldi. Yaxşı ki atam bu gün yanımda idi. Əlbəttə, ailəm uzun illər ərzində “Formula-1”də debüt etməyim üçün əlindən gələni əsirgəməyib və artıq bu baş verdi.

Paylaş:
Digər xəbərlər

İdman

21-03-2022, 10:0

"Red Bull" üçün uğursuz start

İdman

19-06-2022, 14:0

Lekler özünü çempion kimi görür, Volff isə Hemiltondan razıdı

İdman

24-06-2022, 23:0

Lekler iddiasını ortaya qoydu: “Maksa çata bilərəm”

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə