Endi Kerroll klubsuzluğa son qoyub.
Football-plus.az xəbər verir ki, o, çıxış yolunu yenidən çempionşipdə oynamaqda görüb.
İngiltərə premyer-liqasında çıxış edən klubların maraq dairəsinə düşə bilməyən Kerroll yenidən “Ridinq”lə anlaşıb. 33 yaşlı ingilis hücumçu ötən mövsümün ilk yarısında formasını geydiyi klubla azad agent kimi 4 aylıq müqavilə bağlayıb.
Endi karyerası ərzində “Nyukasl”, “Preston Nort End”, “Liverpul”, “Vest Hem” və “Vest Bromviç”də də oynayıb. İngiltərə yığmasında 9 oyuna 2 qol vurub.