İngiltərə klubunun 22-ci yeni oyunçusu oldu

11.09.2022 15:50 275
Dünya futbolu
“Nottingem Forest” bu yay premyer-liqaya qayıdandan sonra transferlərdən doymur.

İngiltərə klubu Serj Orye ilə də razılığa gəlib. 29 yaşlı müdafiəçi nottingemlilərin 22-ci yeni oyunçusu olub. O, yeni komandasına azad agent statusu ilə qoşulub. Serj son mövsümü “Vilyarreal”da keçirib. La Liqada meydana çıxdığı 19 oyunda 1 məhsuldar ötürmə edib. O, daha əvvəl “Lans”, “Tuluza”, PSJ və “Tottenhem”in formasını geyib.