“Sumqayıt”ın premyer-liqada işləri yaxşı getməsə də, mövsümlərarası fasilədə heyətinə qatdığı iki legioner ölkəsinin yığmasına dəvət olunub.
“Football-plus.az” saytının məlumatına görə, söhbət Todor Todoroski və Stiven Pereyradan gedir. Todor Şimali Makedoniya, Stiven isə Kabo-Verde millisinin qarşıdakı oyunlarında iştirak etmək üçün Azərbaycanı tərk edəcək. Hər iki futbolçu premyer-liqanın 7-ci turu çərçivəsində baş tutacaq “Qəbələ” ilə matçdan sonra düşərgədən ayrılacaq.
RƏŞAD