• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dönərə satılan fanat, qorxaq baş məşqçi və sistem bilməyən köməkçi... - KÖŞƏ

Premyer-liqa / Yazarlar

4-09-2022, 21:0

“Böyük şəhərin tək komandası”... Bəlkə də dünənə qədər belə idi.

Sumqayıtlılar “kimyaçılar”la fəxr edirdilər, şəhərin futbolsevərləri komandalarının hər oyununa böyük fəxarət hissi ilə gəlirdilər. Ancaq Aleksey Baqanın gəlişi, onun “sükan arxasına” keçməsi hər şeyi 180 dərəcə dəyişib. Artıq “Kapital Bank Arena”ya gələn azarkeş də rəqibin Sumqayıtdan 3 xalla dönməsini arzulayır ki, belaruslu mütəxəssis “böyük şəhərin tək komandası”ndan getsin, özünə başqa yerdə yurd-yuva qursun. Bu sözlər ürəkdən “kimyaçılar”a azarkeşlik edən, komandanın uğur qazanmasını istəyən əsl futbol azarkeşlərinə aiddi. Daha bir dönərə, 35 qəpiklik suya satılan, sifarişlə hər uğursuz matçdan sonra “Baqa”, “Riad Rəfiyev”, “ən böyük başqan bizim başqan qışqıran” Sənan Mirzəyevin rəhbərlik etdiyi “Sumqayıt”ın muzdlu rəsmi fanklubuna yox. Təsəvvür edin ki, 5 tur qola həsrət qalan, bəlkə də tarixinin ən bərbad durumunu yaşayan komandanın futbolçuları özləri-özlərindən utanırlar, ancaq ucuz dönərə, 35 qəpiklik qazsız suya özünü satan Sənan bəyin “muzdlu ordusu” hələ də yararsız legionerləri, “Neftçi” ilə oyundan sonra özündə güc tapıb jurnalistlər qarşısına çıxmaqdan qorxan baş məşqçini alqışla yola salır... Belə azarkeşə necə “əhsən” deyəsən?

Baqadan söz düşmüşkən, “kimyaçılar”ın belaruslu baş məşqçisində bir qədər abır-həya olsaydı, “Neftçi” ilə qarşılaşmadan sonra qorxaq kimi mətbuat konfransından yayınmaq əvəzinə media qarşısına çıxıb “istefa verirəm, məşqçi kimi komandanı yeni mərhələyə çıxara bilmədim” söyləyərdi. Ancaq Lukaşenkonun həmyerlisi səhhətini bəhanə edib kameralar, mikrafonlar və bir də “sən bura nəyə gəlmisən” sualından qaçdı. Qaçdı ki, baş məşqçi kreslosunda əyləşməyinin müddətini bir qədər də uzatsın. Uzatsın ki, ayda 5 min dollarını alsın, xanımı Gimnastika Federasiyasından əlavə, daha çox maaş alsın.

“Böyük şəhərin tək komandası”ının veteranlarının da ağzına su alıb oturması, gəncəli veternlardan fərqli yaşananlarla barışması təəccüblüdü. Ötən yay avrokuboklarda çıxışı edən kollektivin qısa vaxtda bu vəziyyətə düşməsində sumqayıtlı veteranların da məsuliyyəti az deyil. Onlar heç nə olmayıbmış kimi indiki durumla barışıb səslərini çıxarmırlar.

Yeri gəlmişkən, “Neftçi” ilə matçdan sonra Baqa mətbuat konfransına çıxmağa özündə cəsarət tapmayınca, Rail Məlikov özünü “qurbanlıq qoyun” etməyi lazım bildi. Rail bəyə futbol oynadığı dönəmdə böyük hörmətim var idi. Təəssüf ki, hər şeyi keşmiş zamanda qeyd etməyə məcburam. Nə üçün? Çünki bəndənizin “Sumqayıt” nəyə görə adətinə xilaf çıxaraq bu gün 5-li müdafiə oynadı” sualına tapşırıqla “kimyaçılar”ın məşqçilər korpusunda yer alan “professor” “kim deyir ki, biz 5-li müdafiə ilə oynadıq” cavabını verdi, hələ polemikaya girişdi. Tapşırıqla məşqçi olmaq istəyən Məlikov hələ də bilmir ki, 3-5-2 sxemi, elə 5-3-2 deməkdi. Yəni komanda hücum edəndə bu düzülüş 3-5-2 olursa, müdafiə olunanda avtomatik 5-3-2-yə çevrilir. Bu yerdə özünü “professor” sayan Məlikova sual vermək istəyirəm. 3 stopperlə sənin komandan necə müdafiə oluna bilər? İmkan olsa, klub rəhbərliyi məndən xəbərsiz məşqçilər korpusunda tapşırıqla yer alan veteran futbolçuya bu sualı versin. Verməsə, “Şamaxı” ilə görüşdə özüm bu sualı mətbuat konfransında “Sumqayıt” adından danışan məşqçiyə verəcəm.

P.S. Bir şəhərdə ölkə çempionu olmuş baş məşqçi varsa, nəyə görə “böyük şəhərin tək komandası”na kənardan məşqçi axtarmalısan? Yəqin ki, klub rəhbərliyi Samir Abasovu yaddan çıxarmayıb...

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

10-03-2022, 17:0

Qələbəyə həsrət qalan “Sumqayıt”ın rəhbərliyi Baqa ilə bağlı hansı addımı atacaq? – RƏSMİ AÇIQLAMA

Aktual
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Son xəbərlər
  • Bu gün, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Bu gün, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Bu gün, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Bu gün, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 207
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 202
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə