• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ondansa, Şeyxülislamın nəzir qutularını qoysunlar" – İlham Namiq Kamal

Premyer-liqa / Manşet / Müsahibə

21-08-2022, 13:0

“Keşlə” adını dəyişib “Şamaxı” olandan və bölgəyə köçəndən onun ən sadiq azarkeşlərindən biri də “Şöhrət” ordenli İlham Namiq Kamaldı.

Əslən Şamaxıdan olan sənətkarı tez-tez “şirlər”in ev oyunlarında görmək mümkündü. Srağagün keçirilən “Şamaxı” – “Səbail” matçında da sevimli aktyorumuz tribunada öz yerini tutmuşdu. Maraqlıdı, İlham bəy “Şamaxı”nın çıxışı barədə nə düşünür, azarkeş kimi nədən razı, nədən narazıdı?

Onunla söhbətdə həm bu suala aydınlıq gətirmək istədik, həm də bizi maraqlanıran başqa mövzular barədə danışdıq.
- Sizi tez-tez “Şamaxı”nın ev oyunlarında görürük. Artıq 3 tur geridə qalıb, azarkeşi olduğunuz komandanın oyunu barədə nə düşünürsüz?
- Əvvəlcə onu bildirim ki, mən stajlı futbol azarkeşiyəm. Ölkə futbolunu yaxından izləməklə yanaşı, xarici çempionatlara da baxıram. Baxmayaraq ki, fəaliyyət dairəm tam fərqli sahəni əhatə edir, futbolu da çox sevirəm. O ki qaldı “Şamaxı”nın çıxışına, məni sevindirən əsas məqam bu komandanın əsasən yerli gənclərdən qurulmasıdı. Düzdü, aralarında təcrübəli isimlər də var, ancaq çoxu cavanlardı. 17, 18 yaşlı oyunçular futbolumuzun gələcəyidi. Səhv etmirəmsə, bu gün “Şamaxı”da orta yaş həddi 25-in altındadı. Bu da çox yaxşı göstəricidi. Ola bilsin, azarkeş kimi hələ istədiyimiz oyunu görə bilmirik. Ancaq komandanın bu yay yenidən formalaşdığını nəzərə alsaq, qarşıdakı turlarda daha yaxşı “Şamaxı” izləyəcəyimizə ümid edirəm. Futbolumuzun inkişafını istəyiriksə, bölgələrdə “idmanın şahı”nın inkişafına, komandaların sayının artmasına çalışmalıyıq.

- Cari mövsümdə artıq 10 komanda iştirak edir. Sizə elə gəlmir ki, kəmiyyət dalınca düşüb keyfiyyəti yaddan çıxarırıq...
- Təbii ki, hamı kimi mən də daha keyfiyyətli oyunların keçirildiyi çempionatımızın olmasını istəyirəm. Ancaq komandaların hamısının Bakıda məskunlaşması da düz deyil. Bu gün bölgələrdə nə konsertlər keçirilir, nə də teatrlar var. İnsanlar asudə vaxtını keçirmək üçün yer axtarırlar. Futbol bir növ boşluqda onlar üçün “dərmandı”. “Şamaxı”nın ev oyunlarında tribunalar həmişə dolu olur. Niyə? Çünki, burda həm futbolu sevirlər, həm də asudə vaxtını səmərəli keçirilər. Daha bir önəmli məqam böyük futbolun Şamaxıya gəlişindən sonra uşaq və yeniyetmələrin bu idman növünə marağı artıb. Bu gün 50 nəfər rayonda futbolla məşğul olmağa başlayıbsa, bu artıq uğurdu. Nə bilmək olar, bəlkə gələcəkdə onların arasından adlı-sanlı futbolçu çıxacaq? Odu ki, sabahımızı fikirləşiriksə, bu gündən ortaya keyfiyyətli iş qoymalıyıq. Ancaq narazı olduğum məqam da var.

- Nədən narazısız?
- Şamaxı şəhər stadionunda işıqlandırma sisteminin olmamasından. Günün istisində futbol izləmək adama xoş gəlmir. Düzdü, mənim kimi həqiqi azarkeş istiyə-soyuğa, Yağışa-qara baxmadan yenə tribunada olacaq. Ancaq niyə belə olmalıdı? Ölkə başçısı stadionun açılışını etdi, xeyir-dua verdi. Olmazdı ki, işıqlandırma sistemi də vaxtında həll olunsun. Bu nə çətin şeydi ki, onu hələ də həll edə bilmirlər. İnanıram ki, yaxın vaxtlarda qeyd etdiyim çatışmazlıq da aradan qaldıralacaq.

- Ölkə futbolunu yaxından izlədiyinizi vurğuladız. Azərbaycan futbolunun bugünkü durumu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- İlk növbədə “Qarabağ”ın və Qurban Qurbanovun adını çəkərdim. Baş məşqçi komandası ilə birlikdə bizim fəxrimizdi. Belə düşünürəm ki, Qurban müəllimin işinə kənardan müdaxilə etmirlər deyə, bu yerlərə gəlib çatıb. “Qarabağ” öz dəsti-xətti olan komandadı. Sizə dediklərimi Qurban müəllimin özünə də söyləmişəm. Azərbaycan futbolunda yaşanan bəzi neqativ məqamlar məni üzür. Niyə “Kəpəz” ev oyunlarını Qəbələdə keçirməlidi? Gəncə kimi şəhərin stadionunu vaxtında təmir etmirlər, sonra da düşürlər ələ-ayağa. Və yaxud ianə ilə avtobus almaq istəyirlər. Ondansa, Şeyxülislamın nəzir qutularını qoysunlar. Biz qalib xalqıq, biz həm idmanda, həm də başqa sahələrdə böyük qələbələrə öyrəşmişik. İanə ilə iş görmək, klub saxlamaq, inkişaf etmək qeyri-mümkündü. Belə söz-söhbətləri eşidəndə əsəbləşirəm.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa

6-04-2022, 11:0

"Keşlə" rəsmən "Şamaxı" oldu - RƏSMİ

Premyer-liqa / Manşet

19-07-2022, 15:0

İllərini kluba həsr edən şəxs "Şamaxı"da qalacaq - AÇIQLAMA

Premyer-liqa

4-08-2022, 14:0

"Şamaxı"nın yeni loqosu təqdim olundu

Ölkə futbolu

3-08-2022, 21:0

Adil Nağıyev "Şamaxı"ya icarəyə verildi

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Bu gün, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Bu gün, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Bu gün, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Bu gün, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Bu gün, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Bu gün, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Bu gün, 20:15
    Almaniyaya qayıtdı
  • Bu gün, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Bu gün, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Bu gün, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Bu gün, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Bu gün, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Bu gün, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Bu gün, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Bu gün, 16:12
    Hamını arxada qoydu
  • Bu gün, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Bu gün, 15:05
    "İmişli"dən yeni transfer
  • Bu gün, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 221
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 166
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə