• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bütün gücümüzü ortaya qoyduq" - Samir Əliyev

Yığma

18-08-2022, 15:0

Türkiyənin Konya şəhərində təşkil olunmuş 5-ci İslam Həmrəyliyi Oyunlarda bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev affa.az saytına müsahibə verib.

"Football-plus.az" həmin müsahibəni təqdim edir.

- İslam həmrəyliyi oyunlarında bürünc medallar qazanmağınız münasibətilə təbrik edirik. Turnir barədə ümumi fikirləriniz necədi?

- İlk oyunda Asiya çempionu Səudiyyə Ərəbistanı komandasına qarşı oynadıq. İlk oyunumuz idi deyə, bütün gücümüzü ortaya qoyduq. Düzdü, nisbi üstünlük rəqib komandada olsa da, yaxşı oynadıq. Təəssüf ki, son saniyələrdə qapımıza olmayan penalti təyin olundu və məğlub olduq. Hakim qarışıqlıq zamanı səsə aldanıb 11 metrlik cərimə zərbəsi təyin etdi. İkinci oyunda İran yığması ilə qarşılaşmalı idik. Məndə olan məlumata görə klublar əsas oyunçularını milliyə buraxmadıqları üçün İran komandası son anda turnirdən iştirakdan imtina etdi. Belə demək mümkünsə, bəxtimiz gətirdi. İran yığması gəlsəydi, təqvimimiz daha sıx olacaqdı. Onlar gəlmədi deyə, komanda olaraq daha çox istirahət etmək, növbəti oyuna daha yaxşı hazırlaşmaq imkanı qazandıq. Qrupun son qarşılaşmasında yarımfinala vəsiqə qazanmaq üçün heç-heçə bizi qane edirdi. Ancaq Mərakeşlə yığması ilə oyundan əvvəl futbolçulara tapşırdım ki, əgər heç-heçə üçün meydana çıxsaq, məğlub olacağıq. Qalib gəlməyin vacib olduğunu bildirdim. Oyun ərzində əldə etdiyimiz imkanları dəyərləndirib qollar vurduq. Təəssüf ki, yenə oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində qapımızdan qol buraxdıq. Çox istərdik qələbə ilə yarımfinala vəsiqə qazanaq, amma olmadı. Əsas odur ki, qrupdan çıxdıq.

- Yarımfinalda çempion Türkiyə komandası ilə qarşılaşdınız...

- Türkiyə turnirin əsas favoritlərindən biri idi. Həm meydan sahibi idi, həm də heyəti güclü futbolçulardan formalaşıb. Yarımfinal oyununda heyətdə 7-8 əvəzetmə edib hamının oynaması üçün şərait yaratdıq. Təəssüf ki, minimal hesabla məğlub olduq.

- Bürünc medallar qazandığınız Əlcəzair komandası ilə oyun barədə nə deyə bilərsiniz?

- Təqvimi sıx olan turnirlərdə bir gündən bir oyun keçirmək asan deyil. Komanda funksional cəhətdən çox hazırlıqlı olmalıdı. İki eyni səviyyədə heyətə malik olmalısan ki, stabil oyun oynaya biləsən. Əlimizdəki imkanlarla maksimum rotasiya etməyə çalışırdıq. Əlcəzair də yarımfinalda ağır oyun keçirmişdi. Yorğun olacaqlarını bilirdik. Bərabər səviyyəli oyun keçdi. Hər iki komandanın qol vurmaq imkanları oldu. Buna baxmayaraq, hesab açılmadı. Penalti zərbələrini daha dəqiq yetirdik və turnirin bürünc medallarını qazandıq.

- Nəticəni qənaətbəxş hesab edirsinizmi?

- Etiraf edək ki, Türkiyəyə yollananda nəticə əldə edəcəyimizə ümidimiz az idi. Çünki daha əvvəl də dediyim kimi, istədiyimiz heyəti apara bilməmişdik. Turnirdən öncə komanda ilə iclasda hər bir futbolçuya şans verəcəyimi bildirmişdim. Avqustun 1-də toplaşmalı idik, ancaq müxtəlif səbəblərdən bir gün sonra biraraya gəldik. Cəmi 7 məşq keçmək imkanımız oldu. Onun da ikisində əsasən standart vəziyyətlər üzərində çalışdıq.

- Əgər istədiyiniz heyətlə mübarizə aparmaq imkanınız olsaydı, nəticə fərqli ola bilərdimi?

- Onu qeyd edim ki, turnirə gələn komandalar çox güclü idilər. Misal üçün, bizimlə oyundan sonra Mərakeş komandasının üzvü “Trabzonspor”a transfer olundu. Hər bir komanda üstün futbol oynayırdı. Biz isə əsasən mübarizə aparırdıq. Əlbəttə, əgər biz də təcrübəli futbolçularla mübarizə aparsaydıq, daha yaxşı nəticə əldə edə bilərdik. Rəqibləri təhlil etmişdik, zəif və güclü tərəflərini tam öyrənmişdik. Oyunumuzu daha çox müdafiədən qururduq. Açıq futbol oynsaydıq, hesablar daha fərqli olardı.

- Oyunların, xüsusən 3-cü yer uğrunda qarşılaşmanın gündüz saatlarına, havanın isti vaxtına salınması komandaya necə təsir etdi?

- Bu cür kütləvi yarışlarda təşkilatı işlərdə müəyyən problemlərin olması normaldı. Təqvimin sıx olması və oyunların gündüz saatlarında keçirilməsini çatışmazlıq kimi qeyd edə bilərəm.

- Bu oyunların 21 yaşlıların seçmə mərhələ qarşılaşmalarında yaxşı nəticə qazanmaq baxımından faydalı olacağını bildirmişdiniz...

- Bəli. Biz digər komandalarla müqayisədə çox gənc heyətlə mübarizə apardıq. Gənc futbolçularla nəticə qazandıq. Bu uşaqların çoxu növbəti seçmə mərhələ üçün U-21-ə namizəd futbolçulardı. Onların hansı vəziyyətdə olduqlarını, nə kimi çatışmazlıqları olduğunu gördük. Dediyim kimi, həm gənc futbolçular, həm də biz məşqçilər üçün yaxşı təcrübə oldu. Klublara və məşqçilərə hazırlıqlı futbolçular göndərdikləri üçün təşəkkür edirəm.

Paylaş:
Digər xəbərlər

Yığma

3-07-2022, 20:0

Millimizin oyunlarının vaxtı bəlli oldu

Yığma

10-08-2022, 12:0

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Yığma

14-08-2022, 20:0

Millimiz məğlub oldu - KONYA-2021

Yığma

8-08-2022, 09:0

Millimizin İslamiadada ilk oyununun vaxtı dəyişdi

Yığma

16-08-2022, 10:0

Azərbaycan millisi üçün medal şansı - YENİLƏNİR

Aktual

10-07-2022, 18:0

Samir Əliyev çıxılmaz vəziyyətə düşüb - Özəl

Aktual
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
Son xəbərlər
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə