"Neftçi" Vyanada bu məkanı seçdi - ÖZƏL

7.08.2022 15:04 676
Manşet / Konfrans Liqası
"Neftçi" avqustun 11-də Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Rapid"lə qarşılaşacaq.

Football-plus.az xəbər verir ki, flaqmanın Vyanada səfər proqramı bəlli olub. "Ağ-qaralar" avqustun 10-nu səhər saatlarında yola düşəcəklər. Komanda "Arccotel Wimberger Wien Hotel"də məskunlaşacaq.

Qeyd edək ki, ilk oyunda "Neftçi" "Rapid"i 2:1 hesabı ilə məğlub edib.

İLKİN SULTANLI