“Rapid”in baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə Bakıda keçiriləcək ilk oyuna hazırlıq barədə danışıb.
Football-plus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis uzaq yol və iki ölkə arasındakı 2 saatlıq fərqi nəzərə alacaqlarını söyləyib:
"Biz “Neftçi” ilə səfər matçında Avstriya vaxtını saxlamayacağıq, yerli saata uyğun hazırlaşacağıq. Yatmaq, yemək, məşq rejimi kimi amillər yerli vaxta əsasən tənzimlənib. Saat fərqi və rütubəti nəzərə almamaq olmaz. Bakıdakı oyun başa çatan kimi dönməliyik. Çünki cümə günü səhər saatlarında Şvexatda olmalıyıq”.
Çalışdırıcı 2-ci raundda üstələdikləri Polşa təmsilçisi “Lexiya” ilə “Neftçi”ni də müqayisə edib. O, Azərbaycan təmsilçisinin daha güclü olduğunu düşünür:
“Gərgin mübarizə gözləyirəm. Biz artıq ilk addımlarımızı atmışıq. “Neftçi” “Lexiya”dan tam fərqli komandadı. Onların əla əcnəbiləri və doğma meydanda böyük üstünlüyü var. Biz əqli və fiziki cəhətdən hazır olmalıyıq”.