• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hansısa yolla ölkə çempionatını sevdirmək lazımdı" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

6-08-2022, 23:0

"Qarabağ" Misli premye-liqasının 1-ci turunda "Səbail"i 3:1 hesabı ilə məğlub edib.

Football-plus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qələbəni şərh etdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

"Futbolçularımı təbrik edirəm. Həm sizin, həm bizim işimiz daha çox olacaq. Oyuna gəldikdə, çox vacib üç xalı qazandıq. Baxmayaraq ki, bir az narazılıq var idi. Rəqibi tam yaxından tanımırdıq, onların potensialını tam bilmirdik. Hər bir halda futbolçularım sona kimi çox əziyyət çəkdilər. İlk oyundan göründü ki, çempionat heç də asan olmayacaq. Bugünkü oyun göstərdi ki, bu çempionat ola bilər, keçən ilkindən daha maraqlı alınsın, çətin olsun. Futbolçularım hiss etdilər ki, hər oyuna ciddi yanaşmaq lazımdı. Mahmud Qurbanova, "Səbail"ə uğurlar arzulayıram. Daha məzmunlu oyun göstərəcəyik".

- Ötən ilki ilə indiki "Səbail" arasında dəyişikliklər hiss olundu?
- Birinci oyundan fikir bildirmək çətin olar. Mahmud Qurbanov ola bilər düşüncələrini tam çatdıra bilməyib komandaya.. Ötən mövsüm "Səbail"ə uduzmuşduq. Aftandil Hacıyev fərqli futbol oynadırdı. Bu il hiss olunur ki, daha iddialıdılar, transferləri daha çoxdu. Ola bilər ki, bu il iddialı olsunlar. Hansısa ümumi fikir bildirmək asan deyil.

- Futbolçularınızın zədələnəcəyindən sanki ehtiyarlanırdız..
- Ola bilər ki, ehtiyatlanırdım. Qoruyub-saxlamaq istəsəm, də alınmaz. Çünki futbolçu adi bir epizodda zədələnə bilər. Oyuncuların güclərini də bölüşdürdüm. Ona görə bəzi rotasiyalar etdik. Kimisə qoruyacağımdan narahat deyildim.

- "Ferentsvaroş"un futbolçusu Ender Botka Macarıstan mətbuatına açıqlamasında Tofiq Bəhramov adına Respublika Stadionundakı kabab tüstüsündən şikayətlənmişdi...
- Hava hamımız üçün eynidi. Əgər fikirləşirlərsə ki, isti havada biz yaxşı oynayırıq, onlar zəif oynayır, belə düşüncə yoxdu. İsti hava bizə daha çox təsir edir, nəinki kənardan gələnlərə. Kabab tüstüsünə gəldikdə, hamımız azərbaycanlıyıq, hər bir millətin, xalqın öz adət-ənənəsi var. Kababımız məşhurdu, milli yeməyimizdi, bütün avropalılar gələndə kababın dadını görürlər, ondan arzu edirlər. Etirazım filan yoxdu. Belə oyunlarda bizdə kabab iyi gəlirsə, Avropada içki iyi gəlir, sosiska iyi gəlir. Hər ölkənin öz adət-ənənəsi var. Əksinə belə şeylərə sevinirəm. Bizim kababımız haqda danışırlar. Kim o kababın dadına baxırsa, arzu edirsə, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət hardan gəlir?


- "Ferentasvaroş"un çempionat oyunu təxirə düşdü, "Qarabağ" isə oynadı. Bu haqda fikriniz necədi?
- Fərqli yanaşmaq olar. Bundan əvvəlki turda rəqib də oynamışdı. Onlar da 1-2 oyunçularını rotasiya etmişdilər. Bəzi futbolçularım var idi ki, çox az oynayırdılar. İdman formaları yaxşı olmalıdı. Futbolçularıma güvəndim ki, 5-6 gün bəs edər. Oyunçularımın formadan uzaq düşməməsi haqda düşündüm. Məşqdə 20 eyni səviyyədə futbolçu olanda, kefiyfiyyət daha çox olur. Qarşıda hansısa vacib oyunlardan sonra bəlkə biz də müraciət edə bilərik. Amma hazırda belə planımız yoxdu. İnanıram ki, 3-4 günü düzgün götür-qoy edib, futbolçuları daha yaxşı hazırlayacağıq.

- Yeni transferlər gözlənilir?
- Ehtimal var. Dayanmamışıq, baxırıq, danışıqlar gedir.

- Azarkeşlərin komandaya inamı daha da artıb, uğurun davamını istəyirlər. Siz nə düşünürsüz?
- Bu fikirlər məni sevindirir. Həmişə futbolu azarkeşlər üçün oynamışıq. İstəyirik ki, fanatlar stadiondan məyus getməsinlər. Yaxşı oyun görüb, yaxşı nəticəyə sevinirlər. İnanıb güvənirlərsə, mütləq çalışmalıyıq ki, daha yaxşı olaq, daha böyük işlər üçün çalışmalıyıq. Bizim də inamımız var, onları sevindirmək istəyirik. Çalışacağıq ki, səfərdə azarkeşlərin güvənini itirməyək. Yaxşı nəticə üçün sona kimi oynaycağıq.

- Sosial şəbəkələrdə biletin qiymətilə bağlı etirazlar var. Bununla bağlı fikriniz var?
- Bəlkə də mənə aid olmayan məsələdi. İnanın ki, etiraz olmayan sahə yoxdu. Ən başlıcası odu ki, pozitiv fikirlər daha çoxdu. Əlbəttə ki, bütün insanların yaşayış səviyyəsi eyni deyil, kiminsə gücü çatır, kiminsə çatmır. İnanmıram ki, hər hansı təsiri olsun. Futbol elə səviyyəyə çatıb ki, azarkeşsiz futbol futbola bənzəmir. Digər məsələyə gəlincə, klubun ayrıca qrupu var, bu işlə məşğuldular. Daim istəyərəm azarkeşlər stadionu doldursunlar. Mənim tərəfimdən nə kömək lazımdısa, onların yanındayam. Hər bir halda mənə aid olmayan məsələdi. Klubda bununla məşğul olanlar var.

- Avrokuboklarda "Qarabağ" stadionu doldurur, amma yerli çempionatda az tutumu olan arena dolmur. Sizcə, problem nədədi?
- Futbol elə oyundu ki, gərək sevdirməyi bacarasan. Avropa oyunlarında minimum nəticələrə görə futbolu sevdirə bilmişik. Amma ölkə çempionatına sanki inam azdı. Ona görə maraq az olur. Hansısa yolla ölkə çempionatını sevdirmək lazımdı. Çox vacibdi. Bilmirəm hansı formada etmək lazımdı. İstərdik ki, stadion dolu olsun. Amma əfsuslar olsun ki, vəziyyət belədi, heç nə edə bilmərik. Amma "Qarabağ" olaraq arxamızda çox böyük azarkeş kütləsi hiss edirik. Bəlkə də gələcəkdə azarkeşlər üçün maraqlı nəsə edərlər ki, onlar da gəlsinlər. Buna ümidliyik.

- Julio Romao haqda fikriz necədi? "Ferentsvaroş"la oyunda onu əsas heyətdə görə biləcəyik?
- Qarşıda bir neçə oyunumuz var. O, öz formasında deyil. Amma bu gün çox xoş təsir bağışladı, oyunundan razı qaldım. Baxmayaraq ki, neçə aylardı ilk dəfə 60-65 dəqiqə oynadı. Oyun intizamından çox xoşum gəldi. Ümumi futbol anlayışı məni qane etdi. Qarşıda bir neçə oyundan sonra daha yaxşı Romao görəcəyik. Səfərdəki oyunda start heyətində olmasına gəlincə, bəzi rotasiyalar etdik və vaxtımız var ki, fikirləşək. İndi deyə bilmərək ki, Macarıstanda start heyətində olacaq, ya yox.

Şair Abdulla

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

12-05-2022, 21:0

"Başqa klubu çalışdırmaq haqda düşünmürəm" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

6-08-2022, 22:0

Mahmud Qurbanovun ruhdan düşmək fikri yoxdu - MÜSAHİBƏ

Premyer-liqa

8-05-2022, 21:0

"Futbolçularım maksimumu etdilər" - Aftandil Hacıyev

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə