Memfis Depayın “Barselona”dakı karyerası yalnız bir mövsümü əhatə edəcək.
"Football-plus.az" xəbər verir ki, son xəbərlərdə onun bu komandadan ayrılmağa razılaşdığı qeyd edilir. Niderlandlı hücumçu rəhbərliyin və məşqçi korpusunun ona etimad göstərməməsini nəzərə almalı olub.
28 yaşlı Memfisin İtaliyaya üz tutmaq ehtimalı səslənir. İddiaya görə, “Yuventus” rəhbərliyi onu əvvəlcə birilliyə icarəyə götürməyi, transfer hüququna gələn yay sahib olmağı planlaşdırır.