MOK-un baş katibi mükafatlandırıldı

31.07.2022 19:54 324
İdman
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev mükafatlandırılıb.

MOK-un mətbuat xidmətindən "Football-plus.az"a verilən məlumata görə, o, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) yarışların yüksək səviyyədə keçirilməsinə töhvə verdiyi üçün Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb.

Azər Əliyev EYOF-un Koordinasiya Komissiyasının üzvüdü.