Millimiz Lüksemburqu məğlub etdi

25.07.2022 16:44 430
İdman
18 yaşadək oğlanlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında ilk oyununu keçirib.

Football-plus.az xəbər verir ki, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Lüksemburqla üz-üzə gəlib.

Görüş təmsilçimizin 75:71 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, milli qrupdakı növbəti matçını Cəbəllütariq komandasına qarşı keçirəcək. Oyun iyulun 26-da Bakı vaxtı ilə saat 19.00-da start götürəcək.