• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

Manşet / Yazarlar

4-07-2022, 16:0

AFFA 2021-ci ilin yanvarında Tofiq Bəhramov adına mükafat təsis etmişdi.

Sözün düzü, bu mükafatın təsis olunması prosesi də özlüyündə xeyli qəribə alınmışdı. Yanvarın 29-da AFFA İcraiyyə Komitəsinin iclası keçirilmiş və həmin toplantıda cəmi iki qərar qəbul olunmuşdu. Birincisi məhz Tofiq Bəhramovun adıyla bağlı olan mükafatın təsis edilməsi, ikincisi isə pandemiya və Vətən müharibəsi dövründə fərqlənən milli komandaların həkimləri Lalə İbrahimova ilə Natiq Süleymanova minnətdarlıq ünvanlanması idi. Sanki İcraiyyə Komitəsi toplanmış və ora təşrif buyuranlar nəyi müzakirə edəcəklərini unutmuşdular. Sonda qərara almışdılar ki, gözdən pərdə asmaq üçün bu iki qərarı ictimaiyyətə açıqlasınlar. Əsla Tofiq Bəhramovun ruhuna, Lalə xanımla Natiq bəyin çəkdiyi zəhmətə hörmətsizlik etmək istəmirəm. Amma siz də razılaşarsız ki, bu iki məsələyə baxıb, qərar vermək üçün xüsusi toplantı keçirməyə o qədər də ehtiyac yox idi.

AFFA-nın Tofiq Bəhramova və onun adına təsis etdiyi mükafata göstərdiyi “münasibət” sonradan bir daha özünü göstərdi. İcraiyyə Komitəsinin həmin toplantısından 4 ay sonra, yəni mayın 31-də bu mükafatın əsasnaməsi təsdiqlənmişdi. Bu faktın özü də ondan xəbər verir ki, AFFA-nın həmin mükafatla bağlı xüsusi tələskənliyi, səmimi təşəbbüsü olmayıb. Olsaydı, elə İcraiyyə Komitəsinin yanvardakı iclasından sonra əsasnamə hazırlanar, mövsümün sonunda da mükafat sahiblərinə təntənəli surətdə təqdim edilərdi. Bu il də AFFA ünlü referinin adından, onun adına təsis olunan mükafatdan sui-istifadə etdi. Belə ki, “Tofiq Bəhramov mükafatı”nın təqdim olunması prosesi Hakim və Hakim-İnspektorlar Komitəsinin sabiq sədri Frits Stuxlikin vida mərasiminə çevrildi. Heç də təsadüfi deyil ki, mükafat avstriyalının sevimlisi sayılan Elçin Məsiyevə təqdim olundu. Belə olmasaydı, şəxsən mən təəccüblənərdim. Eşitdiyimə görə, elə həmin mərasimdən sonra Stuxlikin yaxın adamlarının iştirakıyla ziyafət təşkil edilib, AFFA-nın “uğursuz tapıntısı” təntənəli surətdə Azərbaycandan yola salınıb.

Stuxlikin yola salınacağını çoxdan gözləyirdik. Hətta bunun qaçılmaz olduğunu dəfələrlə isbatlamışdıq da. Amma AFFA haqlı səsimizi eşitmək istəmirdi. Ötən yazılarımdan birində yazdığım kimi, artıq qurumda “təmizlənmə” prosesi başlayıb. Bunun qarşısına almaq mümkün deyil. Düzdü, proses tam sürətlə aparılmır. Bu baxımdan onun nə vaxt başa çatacağını proqnozlaşdırmaq çətindi. Di gəl ki, məşhur neftçalalının dediyi kimi, buna da şükür etməliyik. İndi heç olmasa, ümid var ki, Azərbaycan futbolu bəlli adamlardan xilas olacaq. İşin başına vətəni və onun idmanının sevənlər, futbolumuzun inkişafını səmimi qəlbdən istəyənlər gələcək. Elə Milan Obradoviçlə Frits Stuxlikin səssiz-səmirsiz yola salınması da bu prosesin tərkib hissəsi kimi bizi ümidləndirir. İş o yerə gəlib çatıb ki, zərərin yarısından qayıdacağımıza ümid edir, prosesin sonunda futbolumuzun inkişaf yoluna qədəm qoyacağına inanmağa başlayırıq. Bizi bu günlərə salanlar utansın.

Frits Stuxlik əsası Tofiq Bəhramovdan üzübəri qoyulan Azərbaycan hakimlər məktəbini məhv edənlərdən biridi. Məhz onun komitəyə rəhbərlik etdiyi son 4 ildə futbol hakimliyi əhəmiyyətli dərəcədə gerilədi, xeyli istedadlı hakimin önü kəsildi, qeyri-sağlam mühit yaradıldı. FİFA referisi Rəhim Həsənov yaşının ən yaxşı vaxtında fitini bir kənara qoyub, yaşıl meydanlardan uzaqlaşdı. Halbuki onun potensialından, hakimlik bacarığından Azərbaycan futbolu hələ çox faydalana bilərdi. Həsənov hazırda Bakıdakı orta məktəblərin birində idman müəllimliyi edir. Deməli, onun öyrətmək qabiliyyəti, pedaqoq bacarığı da var. Heyf ki, Stuxlikin məkrli planı Rəhimdən nə futbol hakimi, nə də gənc hakimlərə yol göstərən müəllim kimi faydalanmağa imkan verdi. Onunla yanaşı, Azərbaycanın ən yaxşılarından sayılan Əliyar Ağayev bu illər ərzində yerində saydı, UEFA tərəfindən “unuduldu”. Orxan Məmmədov, Mübariz Haşımov kimilər də sevimli peşələrindən təxminən eyni səbəblər üzündən uzaq düşdülər.

Stuxlikin hakimliyimizə vurduğu zərbələrin sayı-hesabı yoxdu. Nə yaxşı ki, bütün bunlar artıq keçmişdə qalıb. Ona görə də bu xoşagəlməz keçmişi bir an öncə unutmalı, yalnız irəli baxmalıyıq. Tofiq Bəhramov kimi əfsanəvi şəxsiyyətin adını urvatsız edilmiş mükafatlarla yox, Azərbaycanın hakimlik məktəbini inkişaf etdirməklə ucalda bilərik. Dünyanın yaşıl meydanlarında azərbaycanlı hakimlər söz sahibi olduqca, onların fitinin səsi eşidildikcə, Tofiq Bəhramovun da ruhu şad olacaq. Ümid edək ki, həmin günlər çox da uzaqda deyil.

AMAL

Paylaş:
Digər xəbərlər

İdman

28-06-2022, 14:0

"Tofiq Bəhramov mükafatı"nın qalibləri bilindi

Aktual / Günün xəbəri

30-06-2022, 18:0

AFFA hakimliklə bağlı səsvermənin nəticəsini gizlədir

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə