"Qəbələ" "Qarabağ"la matça 3 itki ilə hazırlaşır

18.04.2022 21:29 395
Premyer-liqa
Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ"la qarşılaşacaq "Qəbələ" hazırlıqlarını davam etdirir.

Bölgə klubunun üç futbolçusu hazırlıqda iştirak etmir.

​Fernan Lopes zədədən sonra fərdi məşq keçir. Yaovi Akakpo və Gülağa Əsədov proqram üzrə bərpa prosesini davam etdirir.