"Qəbələ"nin legionerindən şad xəbər

23.06.2022 13:24 393
Premyer-liqa
"Qəbələ"nin futbolçusu Yaovi Akakpo əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu diz qığırdağından keçirdiyi əməliyyat uğurla tamamlanıb.

Qeyd edək ki, Yaovi 2020-ci ildən "Qəbələ"də oynayır. Klub mayın 22-də toqolu futbolçu ilə 1 illik yeni müqavilə imzalayıb.