"Makkabi" ən yaxşı oyunçularından birini razı saldı

27.06.2022 16:56 432
Konfrans Liqası
Avropa konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" bir futbolçusu ilə müqavilə yeniləyib.

"Football-plus.az" xəbər verir ki, Tel-Əviv təmsilçisi müdafiəçi Avi Rikanla sözləşmənin müddətini uzadıb. 34 yaşlı futbolçu 2023-cü ilin yayına kimi İsrail klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, Avi Rikan 2015-ci ildən "Makkabi"də çıxış edir. Təcrübəli futbolçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 36 matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.