
Manşet / Konfrans Liqası
129
16.06.2022, 13:16
Anar Nəzirov “Makkabi"dən qorxmur
Dünən Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atıldı.
Burda “Zirə”nin rəqibi İsrailin ən köklü və titullu klubu olan “Makkabi" (Təl-Əviv) oldu.
Görəsən, qəsəbə təmsilçisi "sarı şeytanlar"ı mübarizədən kənarlaşdıra biləcək? Məsələ ilə bağlı "Zirə"nin qolkiperi Anar Nəzirovovun fikirlərini öyrəndik:“Makkabi" (Təl-Əviv) hamının tanıdığı güclü komandadı. Amma onların və titulları bizi qorxutmamalıdı.
Futbolda qeyri-mümkün heç nə, itirəcəyimiz də nəsə yoxdu. Lakin qazanacağımız çox şey var. Rəqibə qarşı ən yaxşı oyunumuzu sərgiləyəcəyik. İstər evdə, istərsə də səfərdə sona qədər döyüşəcəyik”.
ABDULLA İSMAYILOĞLU