“Ayaks”ın yeni baş məşqçisinin təqdimatı keçirilib. Komandanı növbəti mövsümdən Alfred Şröder çalışdıracaq.
Amsterdam klubunun rəsmi saytının məlumatına görə, onunla “2+1 il” sxemi əsasında müqavilə imzalanıb. 49 yaşlı niderlandlı mütəxəssisin sonuncu iş yeri “Brügge” olub. O, bu klubu ötən mövsüm Belçika çempionatında çempionluğa daşıyıb.
Qeyd edək ki, Şröder 2018/19 mövsümündə “Ayaks”da köməkçi-məşqçi funksiyasını yerinə yetirib.