Avropa çempionu olan millinin Bakıya qayıdacağı tarix məlum oldu

16.06.2022 13:59 354
İdman
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə yeniyetmələrdən (U-17) ibarət yığma komanda bu gecə vətənə qayıdacaq.

“Football-plus.az” saytının məlumatına görə, bu haqda Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Saat 01.45-də Heydər Əliyev adına Beynəlxalq Aeroportda komandanın qarşılanma mərasimi keçiriləcək.