Bu Azərbaycan klubu Essyeni azyaşlı futbolçuları ilə görüşdürdü

11.06.2022 15:50 759
Premyer-liqa
Əfsanəvi qanalı futbolçu Maykl Essyen "Sabah"ın akademiyasının qonağı olub.

Ulduz oyunçu U-10 və U-12 komandaların Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçularımıza sürpriz edib.

Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.

Daha sonra azyaşlı oyunçular arasında əyləncəli yarış keçirilib. Qalib olan 2 şəxsə Essyenin imzalı forması hədiyyə edilib.

Bundan əlavə, qanalı dünən keçirilən Azərbaycan - Slovakiya matçını da tribunadan izləyib.