"Football-plus.az" xəbər verir ki, 33 yaşlı təcrübəli müdafiəçi son mövsümü Fransa təmsilçisi ''Lion''da keçirib. Dərici ''Skay Sports''a açıqlamasında heç bir klubla danışıqlar aparmadığını qeyd edib:
'Türkiyədən heç bir klubla görüşüm olmayıb. Boatenq gələn mövsüm üçün çox motivasiyalıdı. DÇ və ÇL qazanmış futbolçu kimi yenə titullar uğrunda mübarizə aparmaq istəyir. Ötən mövsüm ''Lion''un düşərgəsinə gec qoşulduğu üçün yaxşı hazırlaşa bilməmişdi. Bu dəfə eyni səhvi təkrarlamaq istəmir. ''Lion''la müqaviləsi davam edir və tezliklə hazırlıq dönəminin başlamasını gözləyir. Bu mövsüm daimi oyun praktikasına malik olacağına inanır''.