“Milan”ın satışı baş tutmadı

29.05.2022 13:53 381
Dünya futbolu
“Milan”ın gözlənilən satışı baş tutmayıb. Bəhreynin “Investcorp” şirkəti İtaliya klubunu almaqdan imtina edib.

Bir neçə həftə əvvəl sərmayə şirkətinin “Milan”ı 1,18 milyard avroya almaq niyyətində olduğu haqda xəbər yayılmışdı. Lakin tərəflər bütün maliyyə məsələlərində razılığa gələ bilməyiblər. “Investcorp”un icraçı sədri Məhəmməd Əl-Ardhinin yaydığı məlumatda belə bildirilib:

“Biz “Elliott Management” ilə “Milan”ın mümkün satışı üçün danışıqlar aparırdıq. Lakin klubun üzvlərinin maaşı üzrə sövdələşmələrdə olduğu kimi, heç bir kommersiya razılaşması əldə edilmədi və biz danışıqları dayandırmaq qərarına gəldik. “Milan”a növbəti və sonrakı mövsümlərdə uğurlar diləyirik”.