• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şamaxıda görüş, “Azərenerji”nin avtobusları və bayraqsancma “əməliyyatı”

Ölkə futbolu / Ölkə kuboku

28-05-2022, 13:0

Jurnalistləri Qəbələyə - ölkə kubokunun finalını izləməyə aparan avtobus kiçik fasilə üçün Şamaxıda dayananda “İmarət tayfa”nın təxminən 70-ə yaxın üzvünün orda olduğunu gördük. Ağdam təmsilçisinin fanatlarının finala ciddi hazırlaşdığı ilk baxışdan hiss olunurdu. Fanklub üzvlərinin hamısı eyni idman formasında idi və klubun kiçik şərfləri ilə “silahlanmışdılar”.

Bəli, finalın oynanılacağı Qəbələyə çatmamış artıq həyəcan hiss olunurdu. “İmarət tayfa”nın üzvləri ilə ayaqüstü söhbətdə məlum oldu ki, sayları çoxdu. Sadəcə, ayrı-ayrı avtobuslar fərqli istiqamətlərdən Böyük Qafqazın ətəklərində yerləşən, ölkənin turizm məkanlardan biri olan qədim Albaniyanın paytaxtına yola çıxıb. Bir neçə saatdan sonra artıq stadiona çatanda könüllülərin azarkeşlərin oturacaqlarına Azərbaycan bayraqlarını sancdığını gördük. Oyunun başlamasına 2 saatdan artıq vaxt qalmışdı ki, “Zirə”nin azarkeşlərini gətirən “Azərenerji”nin iki avtobusu arenanın girişində göründü. Çox maraqlıdı ki, dəqiqələr ötdükcə stadiona gələn “qartallar”ın tərəfdarları ağdamlılardan çox idi. İlk baxışdan bu nüans bizə təəccüblü görünsə də, sonradan məlum oldu ki, onların əksəriyyəti Mingəçevirdən gələn “Azərenerji”nin, daha dəqiq desək, Mingəçevir Su Elektrik Stansiyasının əməkdaşlarıdı.

Çox sayda fəxri qonaq və yaddan çıxmayan şəhid övladları Mövsümün son oyununda stadiona təşrif buyuran xeyli sayda fəxri qonaq var idi. Belə ki, onların arasında AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, PFL prezidenti Ramin Musayev, Qəbələnin icra başçısı Səbuhi Abdullayev, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov və hər iki klubun rəhbərliyinin yer aldığını vurğulayaq. Oyundan öncə könüllülər meydanın mərkəzinə üzərində ölkə kubokunun loqosu həkk olunan böyük bayrağı gətirdi. Onunla yanaşı, hər iki klubun loqosu olan bayraqlar da uyğun olaraq, meydanın sağ və sol hissəsində dalğalandırıldı. Futbolçuların meydana şəhid övladlarının müşayiəti ilə çıxması isə stadionda coşqu ilə qarşılandı. Himn səslənərkən tamaşaçıların kiçikölçülü Azərbaycan bayraqlarını yellətməsi də göz oxşadı. Himn başa çatandan sonra PFL-in prezidenti Ramin Musayev ataları vətən yolunda şəhid olan uşaqların hər birinə xatirə hədiyyəsi təqdim etməklə onların hamı üçün əziz olduğunu bir daha sübut etdi.

Azarkeşlər...

Qəbələ şəhər stadionunda çoxdan belə anşlanq yaşanmırdı. 3500 yerlik arenada, demək olar, boş yer qalmamışdı. Marqlıdı ki, hakimin start fitindən sonra da azarkeşlərin axını davam edirdi. Azarkeşlər isə üç yerə bölünürdü: “Qarabağ”ın, “Zirə”nin tərfdarları, bir də maraqlı və baxımlı oyun izləmək istəyən qəbələlilərlə ətraf bögələrdən gələnlər. Oyun başlamamış “qartallar”ın azarkeşləri daha fəal təsir bağışlasa da, dəqiqələr ötdükcə “köhlən atlar”ın fanatları adət etdiyimiz kimi daha çılğın şəkildə komandaya dəstək verməyə başladılar. Onlar daha mütəşəkkil təsir bağışlayır, müxtəlif şüarlarla “Qarabağ”ı irəli səsləyirdi. “İmarətçilər” mövsümboyu yola getmədikləri Elçin Məsiyevi də unutmadılar. Baş hakim vaxtaşırı ağdamlı tərəfdarların qeyri-etik ifadələrini eşitmək məcburiyyətində qalırdı. Yeri gəlmişkən, final günü Qəbələdə çox sayda Zaqataladan gələn futbolsevər də görmək mümkün idi. Təbii ki, onlar həmyerliləri Qurban Qurbanovun çalışdırdığı komandanın qalib gəlməsini istəyirdilər.

Rəşad Sadıqovun özündən çıxması

“Qarabağ” hesabı bərabərləşdirəndən sonra sürəti bir qədər də artırdı ki, bu vaxt nominal qonaqlar özlərini itirmişdilər. Komandasının toparlana bilməməsi, hakimin bəzən ağdamlıların xeyrinə qərarlar verməsi “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu özündən çıxardı. Onun dayanmadan 4-cü hakim Kamal Umudluya etiraz etməsi “sarı” ilə nəticləndi. Məsiyev qəsəbə təmsilçisinin texniki zonasına yaxınlaşaraq 39 yaşlı mütəxəssisə sarı vərəqə göstərdi. Bundan əsəbləşən Sadıqov hava sərinlədiyinə görə ikinci yarının əvvəlində geydiyi pencəyi belə çıxardı. Ancaq yenə sakitləşmədi, narazılığını davam etdirdi.

Tamaşaçıları dilxor edən uzatma dəqiqələri, dayanan zaman

“Qarabağ” “status-kvo”nu bərpa edəndə çoxları Qurbanovun yetirmələrinin oyunun taleyini 90 dəqiqədə həll edəcəyini düşünürdü. Ancaq “qaratallar” nəinki əsas vaxtda, əlavə olunan 7 dəqiqədə də qapının toxunulmazlığını qoruya bildi ki, bu da uzatma dəqiqələrinin olacağı demək idi. Hadisələrin belə axarı stadiona gələn azarkeşlərin çoxunu dilxor etdi. Onlar əlavə dəqiqələrə görə stadionda vaxt itirmək istəmirdilər. Ancaq buna məcbur idilər... Qalibi müəyyənləşdirmək üçün əlavə olunan dəqiqələrdə tabloda zamanın 90-cı dəqiqədə “donduğunu” da vurğulamaq yerinə düşər.

Bir tərəfdə petard, digər tərəfdə göz yaşı...

Penalti seriyasında Ramil Şeydayev “Qarabağ”a qələbə gətirən qolu vuran kimi bütün futbolçular meydana axışaraq ağdamlı azarkeşlərin yer aldığı tribunaya tərəf qaçdılar. Fanatlar isə qələbə sevincini petardlar yandırmaqla qeyd etdilər. Bir neçə dəqiqə komanda üzvləri ilə azarkeşlər qarşı-qarşıya dayanıb kubokun sevincini bölüşdülər. Həmin an “Zirə”nin futbolçularının üzüntüsünü görməyə dəyərdi... Xüsusilə penaltini boşa verən Sərtan Taşkın göz yaşlarına hakim ola bilmirdi. Hamidu Keyta o qədər pərişan olmuşdu ki, birbaşa paltardəyişmə otağının yolunu tutdu. Ancaq çox keçmədən onu meydana qaytardılar. “Qarabağ” azarkeşləri “Zirə”nin baş məşqçisini də yaddan çıxarmadılar. Onlar Sadıqovu yer aldıqları tribunaya tərəf səsləyərək onu alqışladılar. Finalda məğlub olmasına baxmayaraq, qəsəbə təmsilçisinin çalışdırıcısı birvaxtlar şərəfini qoruduğu komandanın azarkeşlərinin qarşısına gəldi və onları alqışladı.

Bir neçə dəqiqə sonra komandalar mükafatlandırıldı. Rövnəq Abdullayev, Sərxan Hacıyev və Ramin Musayev öncə "Zirə"yə gümüş medalları təqdim etdilər. Daha sonra isə "Qarabağ"a medallar və kubok verildi.

HƏMİD, Qəbələ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-05-2022, 10:0

"Qarabağ" və "Zirə" Qəbələyə azarkeş aparır? - AÇIQLAMALAR

Aktual
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Bu gün, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Bu gün, 18:52
    “Səbail”dən yeni transfer
  • Bu gün, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Bu gün, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Bu gün, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Bu gün, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Bu gün, 16:40
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Bu gün, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Bu gün, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Bu gün, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Bu gün, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
Daha çox
Oxunub: 393
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 268
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə