• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Stuxlik yunanları barmağına sarıyıb, yoxsa bizi? - KÖŞƏ

Yazarlar

24-05-2022, 15:0

Mayın 27-ci Qəbələdə keçiriləcək kubokun final matçı ilə Azərbaydanda futbol mövsümü başa çatacaq.

Növbəti sayımızda bu oyuna ən müxtəlif yönlərdən yanaşacağıq. Hələlik yalnız hakim təyinatına toxunmaq istəyirəm.

Bir daha qeyd edim ki, oyunun baş hakimi FİFA referisi Elçin Məsiyev olacaq. Ona laysmanlar Pərvin Talıbovla Elşad Abdullayev yardım edəcək. Kamal Umudlu isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Bəlkə də çoxları ölkə kubokunun finalının FİFA referisi Əliyar Ağayevə tapşırılacağını gözləyirdi. Hər halda, Ağayev azərbaycanlılar arasında beynəlxalq aləmdə ən yüksək kateqoriyaya malik referidi. 2013-cü ildən beynəlxalq oyunlara təyinat alan Əliyar hazırda FİFA referisi kimi birinci kateqoriyadadı. Elçin Məsiyev isə 2017-ci ildə hakimliyə başlayıb. FİFA refersisi loqosunu 2021-dən sinəsində gəzdirir. Ancaq nədənsə Hakim və Hakim-İnspektorlar Komitəsinin rəhbəri Frits Stuxlik həlledici qarşılaşmanı idarə etməyi daha təcrübəli Əliyara yox, Elçinə tapşırmağı lazım bilib. Özlüyümdə “ola bilsin, Elçin cari mövsümdə daha çox oyun idarə edib, daha çox bərkə-boşa düşüb” fikirləşdim. Dəqiqləşdirmək üçün başa çatan çempionatın protokollarını yenidən bir-bir nəzərdən keçirdim. Və məlum oldu ki, 30-cu çempionatda hakimlərin statistik göstəriciləri, demək olar, eynidi. Məsimov premyer-liqada 17 oyunda söz sahibi olubsa, Ağayev 16 qarşılaşmada baş hakim funksiyasını yerinə yetirib. Elçin 6 matçda 4-cü hakim funksiyasını yerinə yetiribsə, Əliyarda bu rəqəm 4-dü. Ancaq bir nüans var ki, onu yaddan çıxarmaq olmaz. Əliyar 2021/22 “futbol ili”ndə üç dəfə Yunanıstana ezam olunub. Sonuncu dəfə FİFA referisi mayın 1-də “Çempionluq” qrupunun 6-cı turu çərçivəsində keçirilən “Panatinaikos” - “Aris” oyununda ədaləti qoruyub. Statistikadan da göründüyü kimi, Ağayev Məsiyevdən daha təcrübəli, daha çox bərkə-boşa düşmüş ədalət təmsilçisidi. Yunanıstan çempionatında prinsipial qarşılaşmalara təyinat alması beynəlxalq dərəcəli hakimə güvəndən irəli gəlir. Bəs onda avstriyalı futbol funksioneri nədən “Qarabağ” – Zirə” finalını Ağayevə yox, Məsiyevə tapşırır? Yeri gəlmişkən, komitə sədri mövsümün son qarşılaşmasında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Olmaya deyilənlər düzdü, Stuxlikin Elçinə xüsusi simpatiyası var? Söylənilənlərə inansaq, avstriyalı funksioner Əliyarı komitənin sabiq rəhbəri Xaqani Məmmədovun kadrı kimi qəbul edir və burda işlədiyi üç ildə “mən də Məsiyevi yetişdirdim” demək istəyir ki, buna görə də mayın 27-də baş tutacaq matça baş hakim kimi Məsiyevi təyin edib. Belə yerdə deyiblər, aləmi bəzər, özü lüt gəzər. Belə çıxır ki, Yunanıstan superliqasında çempionluq uğrunda oynayan komandaların matçlarında yaşanan gərginlik Azərbaycan kubokunun finalında olmur. Belə çıxır ki, Azərbaycan futbolu səviyyəcə Yunanıstandan üstündü. Vallah, mən belə fikirləşmirəm. Stuxlik nə düşünür, niyə Məsiyevə güvənir – bunu demək çətindi.

Söhbət bacarıqdan, ad-sandan, kateqoriyadan gedirsə, birmənalı şəkildə Əliyar üstündü. Ağayev işə yaramasaydı, Yunanıstana göndərilməzdi. Yox, seçim üçün başqa meyarlar keçərlidisə, Stuxlik bunları açıqlasın, bu ölkənin futbolu ilə maraqlanan hər kəs də işini bilsin, sualların məngənəsində sıxılıb qalmasın. Kəsəsi, Məsiyev bu ölkədə 1 nömrəli referidisə, Yunanıstana da getməlidi. Yox, 1 nömrə Ağayevdisə, onda niyə kubokun finalına təyinat almır. İndi bu qadasını almadığım yunanlar birdən onları aldatdığımızdan, ölkənin 1 yox, 2 nömrəsini yardıma göndərdiyimizdən xəbər tutsalar, bizə nə deyərlər? Bu hoqqabazlıq yunanlara türklərin Konstantinopolu fəth etməsi qədər sarsıdıcı təsir göstərməzmi? Lap məsələnin bu tərəfi bir tərəfə, mən hələ öz sualına da cavab axtarıram: Stuxlik, yunanları barmağına sarıyıbsan, yoxsa bizi?

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

4-06-2022, 09:0

Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb

Aktual
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Son xəbərlər
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Dünən, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Dünən, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Dünən, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Dünən, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Dünən, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Dünən, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Dünən, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Dünən, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Dünən, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Dünən, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Dünən, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Dünən, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Dünən, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Dünən, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
Daha çox
Oxunub: 574
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 242
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 189
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə