"Çox istəyirəm ki, finalda "Xan Lənkəran" ilə oynayaq" - "Cəbrayıl"ın futbolçusu

15.05.2022 13:44 652
Ölkə futbolu / Manşet
Region Liqasında yarımfinal mərhələsinin bir oyunu keçirilib.

"Cəbrayıl" "Qusar" ilə qarşılaşıb. Matç Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda son nöqtəni qoyan Tural Qürbətov "Football- plus.az" saytının suallarını cavablandırıb:

- Oyun haqda təəsüratların nədi?

- Bilirdik ki, ağır oyun olacaq. Həqiqətən ağır keçdi. Komandanı təbrik edirəm. Can qoydular. Qələbə qolunu vurduğum üçün çox sevincliyəm. Neçə müddətdi məşq etmirdim. İlk oyunuma çıxırdım.

-Rəsmi debütünün belə uğurlu olacağını gözləyirdin?

- Açığı tam sağalmamışam. Amma komandaya kömək etməyə hazır idim. Özümə güvənirdim.

- Problem nə idi ki, belə uzun çəkdi zədən?

- Məşqdə zədələnmişdim. Dizimin yan bağlarında dartılma var idi.

- Qol epizodu barədə nə demək istəyirsən. İlk zərbədə alınmadı amma ikinci zərbə qolla nəticələndi.

- Bəli, birinci zərbədə topu rahat qəbul edə bilmədim, amma ikincidə rahat oldu. Qolla nəticələndi.

- Şamaxıda rəqib kimi istəyirsən? Sabiq komandan deyə biləcəyimiz Lənkəran yoxsa Naxçıvan klubu?

- Məncə, "Xan Lənkəran" gəlsin. Tanıdığım komandadı. Çox istəyirəm ki, finalda onlarla oynayaq. Güclü olan qalib gəlsin.

GÜNAY VƏLİYEVA, İLKİN SULTANLI