Yarımfinalda VAR sınaqdan keçirildi, Stuxlik şəxsən nəzarət etdi

30.04.2022 17:50 540
Ölkə kuboku
Dünən Azərbaycan kubokunun yarımfinalının cavab görüşündə “Neftçi” “Zirə”ni qəbul etdi.

Qarşılaşmada maraqlı hadisələr yaşandı. 120 dəqiqə davam edən matçda “qartallar” penaltilər seriyasında 4:2 hesabı ilə qələbə qazanıb, tarixində ilk dəfə finala vəsiqə qazandı.

Görüşü maraqlı edən başqa məqam da var idi. Qarşılaşmada VAR sistemi sınaqdan keçirildi. Frits Stuxlik bu işə şəxsən özü nəzarət edirdi. “Bakcell Arena”da VAR maşınında sistemin problemləri və işləmə prosesi yoxlanılırdı.

İLKİN SULTANLI