• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İlk hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı" - Rəşad Sadıqov

Premyer-liqa

16-04-2022, 20:0

Premyer-liqanın 23-cü turunda "Zirə" "Səbail"i məğlub edib - 2:1.

Derbidən sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov media mənsublarının önünə çıxıb.

Gənc mütəxəssis qələbə haqda fikirlərini səsləndirdən sonra jurnalistlərin suallarını cavablandırıb...

Yaxşı komandaya qarşı oynadıq. Meydanda da bu göründü. İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. Fasilədən sonra fərqi artırmaq istəyirdik. Ki, sonluq daha rahat olsun. Qol imkanlarımız var idi. “Səbail” elə komandadır ki, hesab böyük olanda da mübarizə aparır. Nə lazımdısa, onu etməyə çalışdıq. Oyun nəzarətimizdə idi. Son dəqiqələrdə səhvə yol verdik. Ümumən, yaxşı oyunlarımızdan birini keçirdik.


- 2-ci qoldan sonra komandanın dayanması nə ilə bağlı idi: rahatlıq, yoxsa “Neftçi” ilə kubok oyununu fikirləşmək?
- Qətiyyən o barədə düşünmürdük. Futbolçular böyük stress altındadı. Bütün komandalarda bu, hiss olunur. Ramazan ayıdı, oruc tutan futbolçularımız çoxdu. Bu, onların fiziki formasına təsir edir. 2:0 sürüşkən hesabdı, fərqi artırmaq istəyirdik. Amma oyun elə getdi ki, sona qədər heç kimə istirahət verə bilmədik. Coşqun vərəqə limitindədi, onu bir az qoruya bildik. Bəzən verdiyin qərarlar qeyri-standart olur. Futbolçunun mövcud durumunu bilmək çətindi. Düz bildiklərimizi etməyə çalışacağıq. Rahatlaşmaq fikri yox idi. Qol imkanlarımız oldu, hətta qol da vurduq, oyundankənar vəziyyətə görə sayılmadı. Şükürlər olsun, qəza baş vermədən vacib oyunda qələbə qazandıq.

- Mövsümün ilk yarısında komanda daha çox qol vururdu. Volkov da çoxdandı fərqlənmir. Sanki top ona çox çatmır...
- Sualla razı deyiləm. Davitə top gəlmir ki?

- Sanki “qol orucundadı”...
- Sizinlə razı deyiləm. Bu gün rotasiyalar etmişdik. Çempionat boyu buna gedirik. Davit aparıcı futbolçularımızdandı. Həmişə qol vurmaq olmur. Hücumçuları nəzərə alsaq, çempionatda bütün hücumçular maksimum bu qədər qol vurub. 4 oyundan 3-nü səfərdə keçirmişik və yetərincə qol imkanı yaratmışıq. Bu da futbolun bir hissəsidi. Əsas odu ki, oyun planında problem olmasın. Son oyunlarda komanda yaxşı çıxış etmişdi. Bu gün də göstərilən futbol həmin oyunların davamı idi. Nəticə çox vact oyun göstəricisi olmur. Ən əsas futbolçuların performansına diqqət edirəm.

- Təmkin Xəlilzadənin oynamama səbəbi nə idi?
- 4-5 gündən bir oyuna çıxırıq. Elə şeylər var ki, açıqlaya bilmirəm. Çünki rəqiblərə məlumat vermiş oluram. Hər bir futbolçu mənim üçün aparıcıdı. Rotasiyalar daha çox olacaq. Sıx qrafikdə rotasiyalar etməyə məcburam.

- Məqsədiniz gümüş medallardı, yoxsa 3-cü yeri qoruyub saxlamaq?
- Hər hansı planımız yoxdu. İdman elə bir şeydi ki, nəyəsə proqnoz vermək mümkün deyil. Mövsümdən öncə hədəf avrokubok idi. İndi şans varsa, daha artığını istəyə bilərik. Gedişatdan çox şey asılıdı. İlk hədəfimiz avrokuboklara düşməkdi. Necə olmasının fərqi yoxdu. Bəlkə, avrokuboklardan da kənar qalacağıq. Nə olacağını hələ bilmirik.

- İndi sizə nəticə daha vacibdi, yoxsa oyun planında inkişaf?
- Oyun fəlsəfəmiz var və onu komandaya yeritmək istəyirik. Təbii ki, nəticəni fikirləşirik. Amma öz yolumuz var və birdən-birə bunu dəyişə bilmərik. Demirəm ki, bütün oyunlarımızda buna sadiq qalacağıq. Amma sırf nəticəni fikirləşmək əlavə psixoloji problem yarada bilər.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-04-2022, 20:0

"Son dəqiqələr həyəcanlı alındı" - Aftandil Hacıyev

Premyer-liqa

16-04-2022, 22:0

"Bugünkü kimi oyunlar olsa, avrokuboklara vəsiqə qazana bilməyəcəyik" - Murad Musayev

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə