Səlahət gənc qapıçıya nə məsləhət edib? - ÖZƏL AÇIQLAMA

15.04.2022 15:36 756
Ölkə futbolu / Günün xəbəri
Premyer-liqanın 22-ci turunda“Sabah” derbidə “Zirə”ni məğlub edərək “avrokubok zonası”na daha da yaxınlaşdı.

Murad Musayevin komandası Rəşad Sadıqovun yetirmələrinə 3:1 hesabı ilə qalib gəldi. “Bayquşlar” ikinci qolu vurarkən ehtiyat oyunçular skamyasında əyləşən Səlahət Ağayev Yusif İmanovu yanına çağıraraq nələrsə söylədi. Həmin andakı dialoqu öyrənmək üçün “Sabah”ın gənc qolkiperi ilə əlaqə saxladıq:

“Səlahət həmin epizodda qol buraxmağıma əhəmiyyət verməyib, özümü ələ almağımı, oyuna köklənməyimi, qapıda maksimum diqqətli olmağımı deyirdi. Təcrübəli qapıçı öz məsləhətlərini verirdi. Başqa qeyri-adi nəsə baş verməmişdi”.


İLKİN SULTANLI