Elxan Məmmədov: "İnşallah, Allah qoysa" - VİDEO

10.04.2022 11:23 1 316
Ölkə futbolu / Maraqlı
Ölkə çempionatının 22-ci turu çərçivəsində ötən gün baş tutan "Şamaxı" - "Neftçi" qarşılaşmasından sonra diqqət çəkən an yaşanıb.

"Football-plus.az" saytının məlumatına görə, stadiondan çıxan azarkeşlərdən biri üzünü AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova tutaraq bu sözləri dedi:

"Tezliklə futbolun dirçəlişini eşidək, Elxan müəllim. Yığmanın uğurlarını eşidək. Görün, nə edirsiz. Uşaq futbolu, çempionat... Biabırçılıqdı!"


Məmmədovun cavabı isə belə oldu:

"İnşallah, Allah qoysa".




İLKİN SULTANLI