Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Hakimlər Kollegiyasına sədr təyininatı gerçəkləşib.
Fəxrəddin Quliyev federasiyanın Hakimlər Kollegiyasının sədri təyin olunub. Bu münasibətlə AKF prezidenti Orxan Əliyev ona vəsiqəsini təqdim edib.
Bundan əlavə Orxan Əliyev WJF-19 turnirində erməni əsilli Gürcüstan idmançısı Qela Xoceliyana qalib gələrək kəmər qazanan Məhəmməd İmanovu qəbul edib və onu qələbə münasibətilə təbrik edib.