Mövsümə ''Fənərbaxça''da başlayan və uğursuz nəticələrə görə hələ ilk dövrə başa çatmadan istefaya göndərilən Vitor Pereyra indi də Braziliyanın köklü klublarından olan ''Korintians''da ümidləri doğrulda bilmir.
Fanatlar təxminən ayyarım öncə baş məşqçi postuna gətirilən portuqaliyalı mütəxəssisdən narazıdı. Bir neçə gün öncə ''San Paulu''ya məğlub olaraq Paulista liqasında finala yüksələ bilməyən ''Korintians'' Libertadores kubokunun qrup mərhələsinə də məğlubiyyətlə başlayıb. Komanda səfərdə ''Olveys Ridi''yə 2 cavabsız qolla məğlub olub.
Sosial şəbəkələrdə ''Korintians''ın ən böyük azarkeş səhifəsi sayılan ''Meu Timao'' oyundan sonra qısaca olaraq ''untanc verici'' ifadəsini paylaşıb. Ümumilikdə ''Korintians'' Pereyranın başçılığı altında keçirdiyi 7 rəsmi oyunun cəmi 2-də qalib gəldiyi halda 4-də məğlub olub.