"Yuventus"da ciddi itki

6.04.2022 15:50 521
Dünya futbolu
Manuel Lokatellinin durumuna aydınlıq gəlib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı yarımmüdafiəçi 1 ay yaşıl meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Lokatelli "İnter"lə qarşılaşmada dizindən xəsarət alıb. O, Lautaro Martineslə toqquşmada zədələnib.