Fəridin komandası xal itirdi

20.03.2022 10:23 596
Ölkə futbolu
Çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” “Usti nad Labem”lə üsz-üzə gəlib və matçdan 0:0 hesablı heç-heçə ilə ayrılıb.

Azərbaycanlı futbolçu da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, “Viktoriya” 19 turdan sonra 11 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.