“Bellator”un niderlandlı döyüşçüsü Melvin Manxuf evini qarət etməyə çalışan üç kişini maraqlı şəkildə cəzalandırıb.
“Vechtsport Info” xəbər verir ki, 45 yaşlı yarımağır çəki döyüşçüsü Niderlandın Landsmer şəhərindəki evinə soxulmağa çalışan cinayətkarları izləyib. Ardından yalın əllə onların maşınının şüşəsini qırıb, üçünü də avtomobildən çıxarıb və polis çağırıb.
Manxuf 2020-nin noyabrında Kori Andersona məğlub olandan bəri oktaqona çıxmır. Onun dönüşü mayın 6-na planlaşdırılır ki, həmin gün rəqibi Yoel Romero olacaq.