Gəncə təmsilçisinin yarımmüdafiəçisinin Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən həyət evinə oğru girib və mənzildəki bütün qızıl-zinət əşyalarını aparıb.
Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır. Son durumu öyrənmək üçün Nicatla əlaqə saxladıq:
"Oğurluq işi polisdədi. Müsbətə doğru gedir. Yəqin bir həftə ərzində hər şey bilinəcək. Bəzi məlumatlar əldə etmişik, təsdiqlənməsini gözləyirik".
Nicatdan "Kəpəz"ın divizionda çıxışına da reaksiya aldıq:
"Uğursuzluq zolağına düşmüşdük. Komandanın özünə gəlməsi üçün qələbə vacib idi. Şükür ki, yaxşı oyunla bunu bacardıq. İnanıram ki, bundan sonra hər şey daha yaxşı olacaq".
GÜNAY VƏLİYEVA

