Millinin sabiq üzvünün evi qarət edildi - AÇIQLAMA

10.04.2022 19:00 494
Ölkə futbolu
U-21 milli komandamızın sabiq üzvü Nicat Süleymanlının evi qarət edilib.

Bunu "Football-plus.az" saytına açıqlamasında futbolçunun özü bildirib. Kəpəz"in yarımmüdafiəçinin Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən həyət evinə oğru girib. Mənzildəki bütün qızıl-zinət əşyaları oğurlanıb.

Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.

SƏNƏM FƏRHADOVA