• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Britaniya hökuməti Abramoviçə güzəşt etdi

Dünya futbolu

26-03-2022, 20:0

Rusiya prezidenti Vladimir Putin fevralın 24-ü səhər saatlarında “xüsusi əməliyyat” adı altında Ukraynaya hücum qərarı verməklə təkcə dünyanı silkələmədi, həm də futbol təsərrüfatında böyük başıpozuqluğa şərait yaratdı.

Mübaliğəsiz demək olar ki, Putinin işğal planına görə ən çox əziyyət çəkənlərdən biri “Çelsi”nin sahibi - yəhudi əsilli milyarder Roman Abramoviçdi. Bildiyiniz kimi, London klubunun təsisçisi “Fordstam Limited” şirkəti rusiyalı oliqarxa məxsusdu. Böyük Britaniya hökumətinin martın 10-da Abramoviçə sanksiya tətbiq etməsi ilə “zadəganlar”ın qara günləri başlayıb. Klub dərhal satışa çıxarılıb, londonluların transfer etməsinə və futbolçularla müqavilə müddətini uzatmasına, oyunlara bilet satmasına qadağa qoyulub.

Belədə adi məişət xərcləri üçün pul tapa bilməyən klub rəsmilərinin ah-naləsi axır ki hökumətə çatıb. Britaniya hökuməti bilet satışı məsələsində qadağaları yumşaldıb.

Nə dəyişib?
• “Çelsi” azarkeşləri səfər oyunlarına bilet ala, həmçinin qonaq fanatlar “Stemford Bric”ə baş çəkə bilər. Düzü, klub hələ də çempionatdakı ev oyunlarına bilet sata bilməyəcək – oyunlarda yalnız mövsümlük abonement sahiblərinin iştirakı mümkündü.

• Əvəzində “Çelsi” ÇL-dəki, İngiltərə kubokundakı (irəlidə “Kristal Pelas”la yarımfinal oyunu var) və qadın Superliqasındakı ev oyunlarına bilet sata biləcək.

• Yenilənmiş hökumət lisenziyası “Çelsi”nin bilet satışında agent kimi iştirakına icazə verəcək. Ancaq satışdan toplanan pul kluba çatmayacaq – ya “icazə verilən 3-cü tərəfə”, ya da başqa kluba veriləcək.

• Premyer-liqanın rəhbərliyi artıq yeniliyi izah edib: adətən, “Çelsi”nin kassasına daxil olan bilet satışı parası İPL-ə çatacaq. İPL “Çelsi”nin həmin gəlirlərin Ukraynadakı faciənin qurbanları üçün xeyriyyəçiliyə sərf olunması ilə bağlı xahişini müsbət qarşılayıb. Xeyriyyəçiliklə məşğul olacaq qurumların adı klubla məsləhətləşmədən sonra yaxın günlərdə açıqlanacaq.

• Abramoviçə məxsus “Fordstam Limited” şirkətinə də klubun üzləşdiyi nəqd pul və likvidlik problemini yüngülləşdirmək üçün 30 milyon funt yatırım etməyə icazə verilib.

Klub nə vaxt satılacaq?

“Çelsi” fəal şəkildə özünə yeni sahib axtarır – sanksiyalar üzündən ev oyunlarının təşkili (hər oyun üçün 900 min funt xərcləyə bilər) və səfər oyunlarına yollanmaq (bütün komanda üçün 20 min funt) hədsiz çətindi. “Trivago” istisna olmaqla bütün sponsorlar klubdan üz döndərib. Bununla belə, ən bədbin proqnozlarda da “Çelsi”nin mövsümün sonuna qədər pulunun olduğu bildirilir.

Bəs klubun satışı ilə bağlı vəziyyət necədi? Sövdələşmə işlərini aparan “Raine” bankı yaxın günlərdə ən yaxşı 3-4 təklifdən ibarət qısa siyahı açıqlayacaq. Ardından potensila müştərilər son təklifini elan etməlidi. Bu mübarizənin qalibi aprelin 2-ci həftəsində bilinəcək. Bundan sonra adı çəkilən bank Britaniya hökumətindən sövdələşmənin rəsmiləşməsi üçün lisenziya istəyəcək. Hər şey plan üzrə getsə, artıq mayda “Çelsi” yeni sahibinə qovuşacaq.
Yeri gəlmişkən...

Putinin köməkçisi Dmitri Peskov Abramoviçin Rusiya ilə Ukrayna arasındakı danışıqların təşkilində iştirakını təsdiqləyib: “O həqiqətən başlanğıc mərhələsində iştirak etdi. İndi isə danışıqlar Rusiya və Ukrayna heyətləri arasında gedir”.

“Çelsi”nin sahibinin Ukrayna iqtidarının xahişi ilə danışıqlarda iştirak üçün fevralda Belarusa baş çəkdiyi, müharibənin ilk günlərində şəxsi təyyarəsi ilə Bakıya gəldiyi haqda da xəbərlər var.

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu

10-03-2022, 14:0

Abramoviç və “Çelsi” üçün şok sanksiyalar

Dünya futbolu

28-05-2022, 20:0

“Çelsi” satıldı

Dünya futbolu

13-03-2022, 14:0

Abramoviçə və “Çelsi”yə növbəti zərbələr

Dünya futbolu

18-03-2022, 23:0

Hökumətin qadağaları Abramoviçin əl-ayağını bağlayıb

Dünya futbolu

30-05-2022, 12:0

“Çelsi”nin satışı bu gün rəsmiləşəcək

Dünya futbolu

12-03-2022, 15:0

“Çelsi”yə növbəti sanksiya tətbiq olundu, bəzi futbolçular narahatdılar

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə