Bir neçə gün əvvəl evi qarət edilən Pol Poqbanın DÇ-2018-də qazandığı qızıl medalı da oğurlanıb.
O, bu barədə yerli mətbuata açıqlama verib:
"Məni ən çox qorxudan hadisə vaxtı iki övladımın dayə ilə birlikdə evdə olmasıdı. Dayə hadisədən xəbər tutub və dərhal polisə məlumat verib. Daha sonra uşaqlarla birlikdə otağa daxil olaraq qapını arxadan bağlayıb. Əsas odur ki, övladlarım yaxışıdı".
Qeyd edək ki, oğurluq hadisəsi Çempionlar Liqasının 1/8 finalında keçirilən "Mançester Yunayted" - "Atletiko" oyunu (0:1) zamanı baş verib.