Hakimimiz bu komandaların görüşündə 6 vərəqə göstərdi

26.03.2022 11:38 497
Dünya futbolu
FİFA referisi Rauf Cabarov beynəlxalq oyun idarə edib.

Azərbaycanlı 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan U-21 - Lixtenşteyn U-21 matçının baş hakimi olub. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Rauf Cabarov Yunanıstanın 2, Lixtenştenin 4 futbolçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, oyunda köməkçi hakimlər Namik Hüseynov və Cavanşir Yusifov, dördüncü hakim isə Kamal Umudlu olub.