PSJ-də ciddi itki

12.03.2022 19:54 561
Dünya futbolu
PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyanın aqibətinə aydınlıq gəlib.

O, Çempionlar Liqasının 1/8 finalının “Real”la cavab oyununda (1:3) zədələnmişdi. “Ekip” nəşrinin xəbərinə görə, argentinalı futbolçu sağ budundan xəsarət alıb. 

Onun üç həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Xatırladaq ki, Di Mariya matçın 81-ci dəqiqəsində Danilo Pereyranun əvəzinə meydana daxil olmuşdu.