Rusiyanın 1-ci liqasında 14-cü turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Ramil Şeydayevin formasını geydiyi "Soçi" səfərdə "Rotor"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil də qələbənin iştirakçısı olub. 30 yaşlı forvard 83-cü dəqiqədə meydana daxil olub.
Xallarını 29-a yüksəldən "Soçi" 2-ci pilləsində qərarlaşıb.
Ramilin komandası səfərdə qalib gəldi
Dünya futbolu





