Dünyanın ən güclü pilotları ABŞ-yə yollanacaq. Hazırda ən yaxın izləyicisi Corc Rasselli 102 xal qabaqlayan “Mersedes” pilotu Kimi Antonelli Ostin mərhələsi ərəfəsində düşüncələrini bölüşüb:
“Dünya çempionu titulu? Sözsüz, bunu arzulayıram, eyni zamanda, anlayıram ki, hədəfə artıq çox yaxınam. Bu hədəfə çatmağın mümkün olduğun bilirəm. Əmin olmalıyam ki, maksimum nəticə göstərməyə davam edəcəm. Əhval-ruhiyyə əvvəlki kimidi: trassa qələbə üçün çıxmaq, mümkün qədər yaxşı çıxış etmək. Düşünürəm ki, Sinqapurda yaxşı çıxış etmədim. İkihəftəlik fasilə dincəlmək, toparlanmaq baxımından mənim üçün faydalı olacaq. Ostin mərhələsini səbirsizliklə gözləyirəm. Ancaq işimi yaxşı görməsəm, nəticə yaxşı olmayacaq. Arzulanan hədəfə çatmaq üçün yaxşı çıxış etməkdən başqa yolum yoxdu. Hər şey yetərincə sadədi”.





