Mahir Emrelinin yeni baş məşqçisi kimdi?

2.09.2026 10:22 4
Dünya futbolu
Mahir Emrelinin formasını geydiyi "Rakuv"un yeni baş məşqçisi məlum olub.

"Football-plus.az" xəbər verir ki, Çestoxova təmsilçisini David Şulçek çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Şulçek daha əvvəl bu klubda köməkçi məşqçi vəzifəsində çalışırdı.

Xatırladaq ki, "Rakuv" ötən gün David Kroçeklə yollarını ayırıb.