“Qalatasaray” mövsümə zəif başladıqdan sonra Okan Buruka olan inam bir qədər sarsılmışdı.
Hətta camiədə yenidən Fatih Terimin gəlməsini tələb edənlər var idi. Çünki komanda ilk 10 turdan sonra yalnız 18 xal toplamış və 5-ci pillədə qərarlaşmışdı. Amma 10-cu turdan bəri “Qalatasaray” elə bir sürət yığıb ki, camiədə indi hər kəs az qala Okan Burukun başına and içir. Ardıcıl 7 qələbə və 17 oyuna 39 xal! Zarafat deyil, bu, İstanbul nəhənginin son 17 ildəki ən yaxşı göstəricisidi. “Cim-Bom” bundan daha yaxşı performansı sonuncu dəfə 2005/06-da sərgiləyib. O vaxt komanda belçikalı Erik Geretsin başçılığı altında 17 oyuna 41 xal toplamışdı. Həmin vaxtdan bəri “Qalatasaray” 4-ü Fatih Terimin rəhbərliyi altında olmaqla düz 6 dəfə çempion olub. Amma həmin mövsümlərdə belə 17 oyuna bu qədər xal toplamaq mümkün olmamışdı! Yəni Buruk müəyyən mənada müəllimini də geridə qoymağı bacarıb. 17 tura 32 qol isə 2017/18-dən bəri komandanın ən yaxşı göstəricisidi.