''Real''ın şərəfini qoruyan Arda Gülər ''El Klasiko''dakı qələbəni öz evində manqal ziyafəti verməklə qeyd edib.
Bu ziyafətdə gənc türkiyəli ulduzun qohumları və tanışları ilə yanaşı iki komanda yoldaşı - Braim Dias ilə Federiko Valverde də iştirak edib. Arda komanda yoldaşları ilə birlikdə manqal başında çəkdirdiyi şəkili, eləcə də digər şəkilləri öz ''instaqram''ında paylaşıb. Dias və Valverde ilə stolüstü tennis də oynayan 18 yaşlı futbolçu əyləncəli anlar yaşayıb. Xüsusilə də Ardanın paylaşımındakı videoda onun hovuzun başında çalınan türkü ilə birlikdə qonaqlara ''yallı'' rəqsini öyrətməsi diqqət çəkib. Həmin video futbolsevərlər arasında böyük marağa səbəb olub. Türkiyə yığmasının üzvü sonda bütün qonaqlarla birlikdə çəkdirdiyi şəkili paylaşaraq üzərinə ''ailə'' sözünü yazıb.
ƏLİ