“Zenit” “Krasnodar”ı zirvədən saldı - İCMAL

16.10.2026 12:15 45
Dünya futbolu
Turun açılış oyununda “Rostov”a minimal hesabla boyun əyən “Akron”un 4 oyunluq məğlubiyyətsiz seriyası qırıldı.

“Orenburq”un Mahaçqala “Dinamo”sunu, “Lokomotiv”in isə “Fakel”i səfərdə darmadağın etməsi gözlənilməz oldu. Çünki “Loko”nun bu tura qədər yalnız bir qələbəsi var idi və komanda ilk 9 turda 8 qol vurmuşdu. Yeri gəlmişkən, “Fakel”in premyer-liqada qələbəsiz seriyası 28 oyuna çatdı! Bu, turnirin antirekordunun təkrarlanması deməkdi. 2006-08-ci illərdə “Şinnik”in də belə seriyası olmuşdu. Voronejlilər çempionatda son qələbəni 2024-ün oktyabrında qazanıblar. “Spartak” üçün Samara səfəri çətin keçdi. İlk yarının ortalarında qapıçı Maksimenko cərimə meydançasından kənarda kobudluğa yol verdi. Hakim bunu “son ümid folu” kimi qiymətləndirərək təcrübəli qapıçını meydandan qovdu.

Bununla belə, Moskva nəhəngi hesabına 3 xal yaza bilərdi. Amma Uqaldenin qolu qələbə üçün kifayət etmədi. “Krılya Sovetov” son anlarda məğlubiyyətdən qurtuldu. Turun mərkəzi oyunu baxımlı və məhsuldar alındı. “Zenit” ötən il olduğu kimi yenə Krasnodardan 3 xalla döndü. Düzdü, Sergey Semakın komandası 3:0-dan sonra rahatlaşdı. Tura lider qismində daxil olan “Krasnodar” fərqi minimuma endirsə də, bundan artığına gücü çatmadı və 3-cü turdan bəri ilk dəfə zirvədən enməli oldu. Meydan sahibləri həm də 80-ci dəqiqədə azlıqda qaldılar. Qluşenkov dubl etsə də, Sobolevin qolu həlledici oldu. Yeri gəlmişkən, Sobolev 2026-cı ildə artıq 11-ci dəfə qələbə qolunu vurmaqla yeni rekord müəyyənləşdirdi. “Zenit”in başında yubiley - 350-ci oyununu keçirən Semak indiyə qədər turnir cədvəlinin zirvəsində qərarlaşanlara qarşı oyunlarda məğlubiyyət acısı yaşamayıb. “Zenit” bu məşqçi ilə liderlərə qarşı keçirdiyi 7 oyundan 5 qələbə, 2 heç-heçə ilə ayrılıb. Sankt-Peterburq nəhəngi liderlərdən sonuncu dəfə 2018-də Roberto Mançininin dönəmində “Lokomotiv”ə uduzub.


Favoritlər – ÇSKA və Moskva “Dinamo”su üçün uğurlu alındı. Xalını 22-yə çatdıran Moskva təmsilçiləri 1-2-ci pillələri bölüşdürürlər. Yeri gəlmişkən, “Dinamo” XXI əsrdə ən yaxşı startını reallaşdırıb. Komanda 10 tura 22 xalı sonuncu dəfə 1997-ci ildə toplamış və həmin mövsümü 3-cü yerdə başa vurmuşdu. Onu da bildirək ki, “Dinamo” 2024-ün mayından bəri ilk dəfə liderliyə yüksəldi.

10-cu tur
Krasnodar – Zenit 2:3

Batçi, 55. Kordoba, 71 – Qluşenkov, 40; 45+4. Sobolev, 53.
Krasnodar: Aqkatsev, Paltsev (Vaxaniya, 46), Tormena, Jubal, Olasa, Kristian (Boselli, 82), Çernikov (Ozdoyev, 61), D.Auqusto, Utkin (Petrov, 85), Batçi (Rodriges, 83), Kordoba.
Zenit: Adamov, Mantuan, Nino, Alip, D.Santos, Barrios, Karpukas (Andrade, 74), Qluşenkov (Kondakov, 81), Luis Enrike (Con, 81), Pedro Enrike, Sobolev.

Krılya Sovetov – Spartak 1:1
Kramariç, 86 – Uqalde, 79.
Spartak: Maksimenko, Fernandeş, Vu, Babiç (Prutsev, 78), Zobnin (Denisov, 65), Litvinov, Umyarov, Barko, Solari (Parada, 65), Markinyos (Pomazun, 26), Uqalde.

ÇSKA – Rodina 3:0
Kruqovoy, 24. Oblyakov, 35; 80.
ÇSKA: Torop, Azzi, Viktor, Lukin, Abdulkadırov, Kruqovoy, Oblyakov, Kislyak, Oleynikov (Kozlov, 82), M.Alves (Qlebov, 63), Qondu (Musayev, 68).

Fakel – Lokomotiv 0:5
Titkov, 25. Komliçenko, 32; 74. Montes, 49. Poqostnov, 64.
Lokomotiv: Mitryuşkin, Nenaxov, Poqostnov, Montes, Qodyaev (Fasson, 62), Titkov, Babkin (Kovalenko, 86), Bakayev (Rakov, 79), Rudenko (Şetinin, 85), Pinyayev (Yeremeyev, 75), Komliçenko.

Rubin – Dinamo M 0:1
Urozov, 30-öz qapısına.

Rostov – Akron 1:0
Komarov, 45+2.

Orenburq – Dinamo Mh 4:0
Tompson, 17; 69-p. Palasios, 39. Quzina, 53.

[b]Axmat – Baltika 0:0

1. Dinamo M 10 7 1 2 15-8 22
2. ÇSKA 10 6 4 0 18-9 22
3. Zenit 10 7 0 3 22-11 21
4. Krasnodar 10 6 3 1 16-10 21
5. Spartak 10 6 2 2 17-8 20
6. Dinamo Mh 10 4 0 6 15-20 12
7. Baltika 10 3 3 4 14-12 12
8. Orenburq 10 2 6 2 11-10 12
9. Rubin 10 2 6 2 12-12 12
10. Krılya Sovetov 10 2 6 2 14-15 12
11. Axmat 10 2 5 3 13-13 11
12. Rostov 10 3 2 5 11-17 11
13. Lokomotiv 10 2 4 4 13-11 10
14. Akron 10 1 5 4 11-19 8
15. Rodina 10 1 2 7 10-25 5
16. Fakel 10 0 3 7 6-18 3

Bombardirlər: Sobolev, Qluşenkov (hər ikisi “Zenit”) – 8.

Növbəti turun oyunları oktyabrın 17-19-u aralığında keçiriləcək: Zenit – Axmat, Lokomotiv – Krasnodar, Dinamo M – ÇSKA, Spartak – Rubin, Baltika – Rostov, Dinamo Mh – Akron, Rodina – Orenburq, Krılya Sovetov – Fakel.

Oyundan sonra
Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“İlk yarını imkanlarımızdan çox aşağı səviyyədə keçirdik. Halbuki “Zenit”ə öz oyunumuzu, öz şərtlərimizi diktə etməliydik. Biz isə həm zəif oynadıq, həm də “Zenit”ə meydanda istədiyini etməyə şərait yaratdıq. Rəqibin güclü cəhətlərini bilsək də, bunların qarşısını almaqda çətinlik çəkdik. Onların irəlidəki oyunçularını tez-tez gözdən buraxırdıq. İkinci hissədə öz oyunumuzu tapdıq və “Zenit” özünü itirdi. Fasilədən sonrakı oyun üçün futbolçularıma heç bir irad tuta bilmərəm. Ancaq tək bir hissədə yox, hər hissədə belə oynamaq lazımdı. Təəssüf ki, çox önəmli bir qarşılaşmadan xalsız ayrılmalı olduq. Oyunu və nəticəni təhlil etməliyik. İlk yarıdakı zəif futbolu da”.


Sergey Semak, “Zenit”in baş məşqçisi:
“İlk 60 dəqiqədə keyfiyyətli futbol sərgilədik. Ümumiyyətlə, 3-cü qolumuza qədər həm müdafiədə, həm də hücumda əla təsir bağışladıq. Düzdü, deməzdim ki, ideal idik. Amma səfərdə güclü rəqibə qarşı oyunda yetərincə inamlı görünürdük. Hesabı 3:0 edəndən sonra çox tez qol buraxdıq. Bu qoldan sonra “Krasnodar” ruhlanaraq irəli atıldı. Həmin anlar bizim üçün çətin və əsəbi keçdi. Əslində 4-cü qolu vurub intriqanı öldürmək üçün əks-hücumlarda yaxşı zonalar yaxalayırdıq. Ancaq fərqi artıra bilmədik. Ümumilikdə çox maraqlı oyun alındı. Belə məhsuldar oyunlar fanatların xoşuna gəlir. “Krasnodar” son illərdə bizim üçün prinsipial rəqibə çevrilib. Azarkeşlərimizi təbrik edirəm”.